Milli Qurtuluş Günü - Heydər Əliyevin dönüşü millətin qurtuluşu
13.06.2025 [12:03]
Azərbaycan tarixində elə günlər var ki, yalnız bir təqvim xatirəsi deyil, bir millətin varlığının, gələcəyinin və iradəsinin rəmzinə çevrilmişdir. 15 İyun – Milli Qurtuluş Günü belə müqəddəs tarixlərdəndir. Bu gün Azərbaycanın çağdaş dövlətçilik tarixində dönüş nöqtəsi olmuş, siyasi xaosun, vətəndaş qarşıdurmasının və milli parçalanmanın qarşısı alınaraq, sabitlik və inkişaf yolunun təməli qoyulmuşdur.
1993-cü ilin həmin günündə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı, faktiki olaraq Azərbaycan dövlətçiliyini məhv olmaqdan xilas etdi. Bu, sadəcə bir liderin qayıdışı deyildi – bu, xalqla liderin birliyinin təntənəsi idi. Heydər Əliyevin siyasi iradəsi, müdrikliyi və sarsılmaz dövlətçilik ruhu sayəsində ölkədə konstitusion quruluş bərpa edildi, parçalanma təhlükəsi dəf olundu və Azərbaycanın beynəlxalq nüfuzunun əsası qoyuldu.
Milli Qurtuluş Günü həm də bir vətəndaşlıq dərsidir. Bu gün bizlərə göstərdi ki, sabitliksiz müstəqillik mümkün deyil, liderliksiz idarəetmə xaosa aparır. Heydər Əliyevin tarixi missiyası ölkəni yalnız xilas etməklə bitmədi – o, həm də gələcəyə hesablanmış müasir, güclü və dayanıqlı dövlət modelini yaratdı. Bugünkü inkişafımız, müasir ordu quruculuğumuz, iqtisadi sabitliyimiz və qlobal səviyyədə mövqeyimiz bu siyasi uzaqgörənliyin nəticəsidir.
15 İyun təkcə keçmişin xatirəsi deyil, gələcəyə verilən bir öhdəlikdir. Bu gün, Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan Heydər Əliyev siyasətini davam etdirərək yeni zəfərlərə imza atır. 2020-ci ildəki Vətən müharibəsində əldə olunan tarixi Qələbə, post-münaqişə dövründə həyata keçirilən bərpa və quruculuq işləri bu siyasətin nə qədər güclü təmələ malik olduğunu bir daha sübut etdi.
Bir gənc olaraq biz, bu ideyaların daşıyıcısı olmalıyıq, Ulu Öndərin irsini yaşadıb və bu irsi gələcək nəsillərə daşıyan dövlətə və liderə sadiq olmalıyıq. Milli Qurtuluş ideyası bizim üçün yalnız siyasi tarix deyil – bu, milli ruhun, xalqın və dövlətin birliyinin zirvəsidir.
Əminəm ki, hər bir Azərbaycan gənci 15 İyunun mahiyyətini dərindən dərk etməli və bu günü yalnız qeyd etməklə kifayətlənməyib, onun davamçısı olmalıdır. Çünki Milli Qurtuluş – sadəcə xilas tarixi deyil, eyni zamanda məsuliyyət tarixidir. Müstəqilliyimizi qorumaq, gücləndirmək və daima irəli aparmaq biz gənclərin ən böyük vəzifəsidir.
Qurtuluşdan Zəfərə uzanan bu yolda daim irəli, daim güclü Azərbaycanla!
Əli Bədəlov
Bakı Dövlət Universitetinin,Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi
Xəbər lenti
Hamısına baxDünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35

