Ankaranın şərti var - İrəvanın isə yolu yoxdur
17.12.2021 [10:36]
Ermənistan-Türkiyə danışıqları başlaya bilər
P.İsmayılov
44 günlük Vətən müharibəsinin nəticələri Cənubi Qafqaz regionunda siyasi mənzərəni dəyişir. Belə ki, Ermənistanın təcavüzkar və işğalçı siyasəti nəticəsində regionda yaranmış qeyri-adekvat mühit Azərbaycanın qələbəsi sayəsində aradan qalxıb. Cənubi Qafqaz artıq çəkişmələr, müharibə meydanı kimi deyil, əməkdaşlıq ünvanı kimi səciyyələndirilir.
Yeri gəlmişkən, artıq Türkiyə-Ermənistan cəbhəsində də müəyyən hərəkətlənmə cəhdləri müşahidə edilir. Bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istəyini dilə gətirən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısına şərt qoyulmuşdu - qonşu dövlətlərə, konkret olaraq Azərbaycana və Türkiyəyə münasibətdə əsassız iddialardan əl çəkmək, ərazi bütövlüyünü tanımaq və 10 noyabr Bəyanatının öhdəliklərini yerinə yetirmək. Bu gün Ermənistan yenidən Türkiyə ilə danışıqlara başlamaq niyyətini səsləndirir. Bununla bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ermənistanla birbaşa dialoq üçün hər iki ölkə xüsusi nümayəndə təyin etməlidir: “Hətta Ermənistan xüsusi nümayəndəsini təyin edib, biz də yaxın günlərdə lazım olan rəsmi sənədləşmələrlə təyinatımızı aparacağıq”. Bu mövzuda Azərbaycanla sıx danışıqlar aparıldığını vurğulayan nazir bildirib ki, Ermənistan son yaşananlardan dərs alıb düzgün nəticə çıxararaq Qafqazda sülhün, rifahın bərqərar olmasını seçərsə, Türkiyə ilə əlaqələrin normallaşması mümkündür: “Bu halda səfirlik də açılar. Amma bu məsələdə də yenə Azərbaycanla məsləhətləşmələr aparılıb, sonra qərar veriləcək”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, işğalçılığı özünün dövlət siyasətinə çevirmiş Ermənistan illərdir ki, həm Azərbaycan, həm də Türkiyə torpaqlarına qarşı əsassız iddialar səsləndirir. Bu ölkənin Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladığını deyən A.Badamov vurğulayıb ki, İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Zəfər Ermənistanın bu sərsəm iddialarının üstündən birdəfəlik xətt çəkdi. 2020-ci ilin dekabrında keçirilən Zəfər paradı zamanı Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti R.T.Ərdoğan da bildirdi ki, artıq regionda yeni əməkdaşlıq platformalarının inkişaf etdirilməsi zamanıdır: “Prezident İlham Əliyev isə Ermənistanın da bu platformalarda iştirak edə biləcəyini vurğuladı. Ermənistan dərk etməlidir ki, bu gün Cənubi Qafqazın əsas söz sahibi məhz Türkiyə-Azərbaycan birliyidir. 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsi iki qardaş ölkənin strateji müttəfiqliyini də rəsmiləşdirib. Bu baxımdan, Türkiyə və Azərbaycan qarşılıqlı olaraq bir-birinin milli maraqlarını qoruyur. Çavuşoğlunun fikirlərində də bu məqam mühüm yer tutur. Türkiyə XİN rəhbərinin “Azərbaycanla məsləhətləşmələr aparacağıq” deməyi, əslində, Ermənistan üçün irəli sürülən şərtdir. Yəni Ermənistan öz öhdəliklərini yerinə yetirsə, normal qonşuluq münasibəti sərgiləsə, ən əsası, əsassız torpaq iddialarından əl çəksə, bu məsələyə baxıla bilər. Azərbaycan və Türkiyə hər zaman regionda sülhün və əməkdaşlığın bərqərar olmasını dəstəkləyib. İnanıram ki, bizim inkişafa yönəlik bu fəaliyyətimiz rəsmi İrəvan tərəfindən də adekvat qiymətləndiriləcək”.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

