Slovakiya da Ukraynanı tərk etmək istəyən Azərbaycan vətəndaşlarını qəbul edəcək
25.02.2022 [23:40]
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına növbəti dəfə müraciət edib.
"Report" XİN-ə istinadən xəbər verir ki, Moldova və Polşadan sonra Slovakiya da yaranmış vəziyyətlə əlqədar Ukraynanı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını qəbul edəcək.
Ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı qaydada Ukrayna ərazisini tərk edərək Slovakiya Respublikasına gedə bilər:
- Azərbaycan Respublikası vətəndaşlarının iki ölkə arasındakı Ujqorod, Malyi Selmentsi və Malyi Bereznyi (Pavlove, Çop dəmir yolu keçidləri hesab olunur) sərhəd-keçid məntəqələri vasitəsilə Slovakiya Respublikasına daxil olmaları mümkündür.
- Slovakiya tərəfi şəxslərin Ukrayna Respublikası ərazisini münaqişə səbəbindən tərk edilməsini nəzərə alaraq, onlardan viza tələbinə riayət olunmasını mütləq şəkildə tələb etmir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport) təqdim etməlidir.
- Slovakiya tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.
Ukraynadakı vəziyyət ilə əlaqədar və vətəndaşların təxliyə olunması üçün Slovakiya Respublikasının aşağıdakı rəsmi qurumları ilə əlaqə saxlanıla bilər:
1.Slovakiya Respublikasının Daxili İşlər Nazirliyi Email: ladislav.chabrecek@minv.skTelefon: +4212961050730, +421905607843
2.Slovakiya Respublikasının Xarici və Avropa Məsələləri Nazirliyi Email: vladimir.simonak@mzv.sk Telefon: +421259783080, +421918660332
Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Avstriya Respublikasındakı, Slovakiya Respublikasındakı və Sloveniya Respublikasındakı Səfirliyi ilə +43 676 844 509 733 nömrələri ilə və vienna@mission.mfa.gov.az elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.
Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan Respublikasının vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və kiev@mission.mfa.gov.azelektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və info.azconsulate@gmail.comelektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.
Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən bildiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50

