ABŞ konqresmenlərindən Xocalı soyqırımı ilə bağlı bəyanat...
01.03.2022 [10:01]
Nardar BAYRAMLI
ABŞ Konqresinin iki üzvü Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanatla çıxış ediblər. Konqresin Nümayəndələr Palatasının respublikaçı üzvü, Arizona ştatını təmsil edən Pol Qosar bəyanatında 26 fevral 1992-ci il tarixində Sovet İttifaqının dağılmasından sonra yaranmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı faciəvi hadisənin qeydə alındığını, Xocalı şəhərində 613 mülki əhalinin qətlə yetirildiyini bildirib.
Konqres üzvü qeyd edib ki, baş verənlərin dəyişdirilməsi mümkün deyil, lakin qurbanların xatirəsini yad etmək və bütün dünyaya mülki əhalinin hədəf alınmasının heç zaman qəbul edilməyəcəyini xatırlatmaq mümkündür. Konqres üzvü ABŞ-ın bir daha eyni taleyi başqalarının yaşamaması naminə Xocalıda həyatını itirənlərin xatirəsini yad etdiyini və sülhün tərəfdarı olduğunu bildirib.
ABŞ Konqresinin Nümayəndələr Palatasının demokrat üzvü, Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən Stiv Kohen isə bəyanatında Azərbaycanın Qarabağ bölgəsində yüzlərlə azərbaycanlının qətlə yetirilməsinin 30-cu ildönümünün anıldığını bildirib. Konqres üzvü, həmçinin Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olacağına ümidvar olduğunu, uzunmüddətli sülh, təhlükəsizlik və regional əməkdaşlığın Cənubi Qafqaz regionunun maraqlarına uyğun olduğunu söyləyib.
Qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov hesab edir ki, ABŞ konqresmenlərinin Xocalı soyqırımı ilə əlaqədar bəyanat vermələri bizim siyasi uğurumuzdur. Onun sözlərinə görə, dövlətimiz Xocalı soyqırımının dünyada tanınması istiqamətində sistemli tədbirlər həyata keçirir: “Görülən işlər öz nəticəsini verməkdədir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası hazırda uğurla davam etdirilir. Görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Hersoqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 20-dən çox ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. Bu günlərdə isə Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə Kanada parlamentinə Xocalı qətliamına dair petisiya təqdim edilib. Avropa Şurası Parlament Assambleyasında da Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı sənəd yayıldı. Bir sıra ölkələrdə kütləvi tədbirlər təşkil olundu. ABŞ Konqresinin üzvlərinin bəyanatları görülən işlərin nəticəsidir. Düşünürəm ki, bu gün diasporumuz bu istiqamətdə daha böyük işlər görə bilər və bu prosesdə türk diasporu ilə birgə addımlar atılmalıdır. Belə olarsa, gücümüz ikiqat artacaq. Hesab edirəm ki, bundan sonra da hər birimiz Xocalı faciəsinin tanıdılması və onu törədənlərin layiqli cəzalarını almaları üçün var qüvvəmizlə çalışmalıyıq”.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

