Körpə könüllərin İlham baba sevgisi
16.04.2022 [12:20]
İlhamə HƏKİMOĞLU
Türkiyə məktəbliləri Prezident İlham Əliyevə məktub yazaraq Qarabağın işğaldan azad olunmasına çox sevindiklərini və nə vaxtsa oraya səfər etməyi arzu etdiklərini bildiriblər. Prezident İ.Əliyev türkiyəli məktəblilərin məktubuna cavab olaraq onları Azərbaycana dəvət edib.
Aprelin 11-də həmin məktubu yazmış Türkiyənin Kastomonu rayonunun Kuzeykənd ibtidai məktəbinin 4 A sinfinin 21 şagirdlik heyəti Azərbaycana gəlib. Onlar Füzuli və Şuşada olub. Məktəblilərin səfəri aprelin 16-da başa çatacaq.
Şagirdlər məktubda bildiriblər ki, dərsdə amerikalı bir uşağın Mustafa Kamal Atatürkə yazdığı məktubdan təsirlənərək, dövlət başçılarından birinə məktub yazmaq istəyiblər, sinif olaraq qərara gəliblər ki, məktubu İlham Əliyevə yazsınlar. Onlar məktubda Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki meşə yanğınlarının qarşısının alınmasındakı fədakarlığından da söz açıblar.
Şagirdlərin məktubunda diqqəti çəkən önəmli məqamlardan biri onların İlham Əliyevi Atatürkə bənzətmələri, onun qədər sevmələridir. Azərbaycan Prezidenti Türkiyənin ucqar bir kəndində yaşayan 21 məktəblinin arzusunu cavabsız qoymamaqla “bir dövlət iki millət” şüarımızı yenidən gündəmə gətirdi. Türkiyəli uşaqların Azərbaycan Prezidenti tərəfindən qonaq dəvət edilməsi bütün türk xalqına, onun yeni nəsillərinə olan sevginin yansımasıydı.
Bu səfərdən sonra Kuzeykənddə yaşayan ailələr yəqin ki, illər boyu səfər təəssüratlarını dinləyəcək, həmin kənddə Azərbaycan eşqi ilə yaşayan körpə fidanlar böyüyəcəklər. İndi onlar üçün Qarabağ yalnız bir söylənti, bir xəbər yox, gözlə görülmüş reallıq olacaq. Bu şagirdlər Qarabağ dastanını nəsildən-nəslə ötürəcək, yaşadıqları müddətcə ürəklərində Qarabağ sevdası sönməyəcək. Və bir də İlham Əliyevi minnətdarlıqla xatırlayacaqlar. Ən zərif, ən incə və ən gözəl siyasət də bu deyilmi? Vətəni sevməyin, təbliğ etməyin ən gözəl nümunəsini təqdim edib Azərbaycan Prezidenti. İlham Əliyevin gənc nəslə göstərdiyi bu diqqət öz töhfəsini illər sonra da verəcək.
Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb, hər şeyin yaxşısını uşaqlara verib.
2009-cu il ölkəmizdə “Uşaq ili” elan edildi və təbii ki, uşaqlara dövlət qayğısı kampaniya xarakteri daşımadı, hər zaman ölkə başçısının diqqət mərkəzində oldu. Çünki o özü də qeyd etdiyi kimi, uşaqlar cəmiyyətimizin sabahıdır.
“İnanıram ki, azərbaycançılıq ruhunda tərbiyə almaqla siz mənən zəngin bir nəsil kimi yetişəcək, respublikamızın gələcək illərdə də inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz.
Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”, - deyə cənab Prezident çıxışlarından birində qeyd edib.
Uşaqlara göstərilən diqqət və qayğı torpağa atılan toxum kimidir - mütləq öz bəhrəsini verir. Qarabağı o torpaqlardan bələkdə gəlib tank üstündə geri dönən oğullar işğaldan azad etdilər. Bu oğulları Vətən üçün odlara atılmağa sövq edən vaxtında verilmiş düzgün tərbiyə, vətən sevgisi, Liderə olan inam idi. Yetişən yeni nəsillər isə azad edilmiş torpaqları qorumaq, abadlaşdırıb cənnətə çevirmək amalları ilə yaşayacaq. Və sözsüz ki, hər körpə fidanın könlündə özü ilə bərabər bir sevgi də böyüyəcək -Onlara hər zaman təbəssüm və qayğıyla yanaşan İlham baba sevgisi.
Xəbər lenti
Hamısına baxSosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22

