İrandan Azərbaycana 27 kq narkotikin keçirilməsinin qarşısı alınıb
05.05.2022 [11:43]
Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 26 kiloqram 989 qram narkotik vasitənin və 520 ədəd psixotrop tərkibli həbin dövlət sərhədindən qaçaqmalçılığının qarşısı alınıb.
Bu barədə DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.
May ayının 1-də saat 00:15 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmışdır.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə əllərində 2 ədəd bağlama olan 2 nəfər naməlum şəxsin özlərini şübhəli aparması sərhədçilərin diqqətini cəlb etmişdir.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan şəxslər hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılmışlar. Onların Bakı şəhər sakini 1980-ci il təvəllüdlü Əliyev Emil Paşa oğlu və Füzuli rayon sakini 1997-ci il təvəllüdlü Əhmədova Gülşən Xudat qızı olmaları müəyyənləşdirilmiş, üzərilərindəki bağlamalara baxış zamanı 26 kiloqram 694 qram narkotik vasitə (1996 qram “tiryək”, 3921 qram “heroin”, 17790 qram “qurudulmuş marixuana”, 2987 qram “metamfetamin”) və 20 ədəd psixotrop tərkibli “metadon-40” həbləri aşkar olunaraq götürülmüşdür.
May ayının 2-də saat 18:30 radələrində Füzuli rayonunun Yağlıvənd kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olmuşdur. Sərhəd zastavası “Silaha” komandası ilə qaldırılmış, qeyd olunan istiqamətdə hərəkət edərək İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 1 nəfərə məxsus izlər aşkarlamışdır.
Xidməti ərazi dərhal qapadılmış, xidməti itlər cəlb edilməklə sərhəd pozucusunun axtarışı üzrə keçirilmiş kompleks qoşun-əməliyyat tədbirləri nəticəsində ərazidə gizlənən Saatlı rayon Dədəqorqud kənd sakini 1988-ci il təvəllüdlü Qədirov Elşən Adil oğlu şübhəli şəxs qismində saxlanılmış, onun üzərinə baxış zamanı gödəkçəsinin içərisində tikilmiş bağlamada 295 qram narkotik vasitə “metamfetamin” və 500 ədəd “metadon-40” psixotrop tərkibli həblər aşkar edilmişdir.
Fаktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30

