Evlərimizi dirçəldirik
12.05.2022 [10:23]
N.PAŞA
İşğaldan azad edilmiş ərazilərimizdə təmir-bərpa işləri sürətlə davam etdirilir. May ayının 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərinə səfəri zamanı dövlətimizin başçısına və birinci xanıma Şuşadakı inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verilib.
Görülən işlər bunu deməyə əsas verir ki, Azərbaycan Böyük Qayıdışa hər gün bir az daha da yaxınlaşır.
“Cənab Prezidentin Füzuli və Şuşa şəhərinə son səfəri zamanı torpaqlarımızın işğaldan azad edildikdən sonra yenidən dirçəldiyinin, quruculuq və bərpa işlərinin sürətlə davam etdirildiyinin, intensiv və böyükhəcmli işlərin getdiyinin bir daha şahidi olduq”. Bu sözləri qəzetimizə açıqlamasında şuşalı deputat Tural Gəncəliyev bildirdi.
“Biz qürurlanırıq ki, bu gün torpaqlarımız belə bir sürətlə, intensivliklə dirçəldilir. Xüsusilə də cənab Prezident tərəfindən Şuşada vaxtilə dağıdılmış Azərbaycan xalqının dini, tarixi, mədəni abidələrinə, həmin abidələrin detallarına qədər diqqət və qayğı göstərdiyinin şahidi olduq. Burada istər Mehmandarovlar mülkünün təmir-bərpası ilə bağlı cənab Prezidentin verdiyi tapşırıqlar, istər Şirinsu hamamı, istər Azərbaycanın görkəmli musiqişünası, tarzən Sadıqcanın evinin bərpası ilə bağlı verdiyi tapşırıqlar və təkliflər xüsusi vurğulanmalıdır. Azərbaycan xalqının tarixini özündə əks etdirən həmin o tarixi abidələrdə, binalarda kiçik naxışlara qədər belə diqqət yetirildiyinin, həmin abidələrin əvvəlki simasının bərpa edilməsinə necə qayğı ilə yanaşıldığının şahidi olduq”.
“Hesab edirəm ki, biz həmin o abidələrin çox qısa bir zamanda bərpa ediləcəyini müşahidə edəcəyik, çünki biz 30 il ərzində darmadağın edilmiş mədəniyyətimizi, tariximizi, dağıdılmış torpaqlarımızı, evlərimizi dirçəldirik. Bu da bizim həmin o torpaqların əsl sahibləri olaraq abidələrimizə, mədəniyyətimizə, tariximizə olan hörmətin, dəyərin göstəricisi və manifestidir”, - deyə T.Gəncəliyev qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 10:41
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25

