Media anlayışından kənar olan qəzet adları
10.08.2022 [10:37]
Qeyri-dəqiq, gülünc və mənasız ...
Yeganə BAYRAMOVA
Azərbaycanda xeyli sayda qəzetlər rəsmi olaraq dövlət qeydiyyatından keçib. Ancaq təəssüflə qeyd etməliyik ki, həmin qəzetlərin hamısı konkret və qeyri-ciddi ada sahib olmayıblar. Halbuki qəzet adı ən azı bitmiş bir fikir ifadə etməlidir.
Bu gün mətbu orqanların sürətli artımı davam edir. KİV haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsində qeyd olunur ki, mətbu nəşrlərin təsis edilməsi üçün dövlət orqanlarından xüsusi icazə tələb olunmur. Məhz bu durum xeyli sayda, ancaq qəribə adda qəzetlərin çoxalmasına şərait yaratmışdı. Mətbu nəşr təsis etmək istəyən hüquqi və ya fiziki şəxs nəşrin çapından 7 gün əvvəl müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etməlidir. Müraciətdən sonra qəzetlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Qəzetlər nazirlikdə qeydiyyatdan keçərkən onlara qoyulan adlar nəzarətdən kənar qalır. Məsələn, bir zamanlar “Şapalaq”, “Şeş-beş”, “Sehrli xələt “, “Şparqalka” kimi qəzetlər məhz Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək fəaliyyət göstərirdi. Eyni zamanda, səhifənin yarısını tutan qəzet adlarına da rast gəlmək mümkündür. Buna “Müasir Azərbaycanın müəllimi”, “Azərbaycanın mənəvi dayağı”, “Millətin tribunasından çıxış”, “Millətin tribunası və sözü”, “Vətən uğrunda könüllülər”, “Qabaqcıl texnika uğrunda”, “Azad Azərbaycanın səsi”, “Müstəqil Azərbaycan uğrunda”, “Fundamental elmlərin yenilikləri”, “Tarix və onun problemləri”, “Azərbaycanın inkişaf problemləri”, “Azərbaycan reklamının tarixi”, “Dövlətin idarə edilməsi” və s. misal gətirmək olar.
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən media üzrə ekspert, professor Qulu Məhərrəmli bildirib ki, əvvəlki illərdə hər hansı bir mənaya malik olmayan və qeyri-dəqiq ada sahib qəzetlər daha çox idi: “Xüsusilə, Azərbaycanda reketçiliyə yol açan qəzetlərin adları belə idi. Məsələn, qəzetin adı korrupsiya ilə bağlı olsa da, məhz bu şəxslər korrupsiyaya, reketçiliyə daha çox meyil edirdilər. Eyni zamanda, dövlətçiliklə bağlı müxtəlif pafosulu qəzet adlarına rast gəlinir. Oxucu 3 və daha artıq sözdən ibarət olan qəzet adından nə başa düşsün? Ümumiyyətlə, qəzetçilikdə müəyyən bir ənənə var: Qəzetlərin adı bir, ya da iki sözdən ibarət olmalıdır”.
Q.Məhərrəmlinin sözlərinə görə, dünya təcrübəsinə nəzər saldıqda görürük ki, qəzet adları yalnız bir sözdən ibarətdir: “Ədliyyə Nazirliyində qəzetlərin adı ilə məşğul olan xüsusi bir komissiyanın yaradılmasına ehtiyac yoxdur, ancaq bu sahədəki qeydiyyat işinə baxan şəxs uzun və heç bir məna kəsb etməyən adların qəzet adı kimi qeydiyyatdan keçməsinə yol verməməlidir. Məsələn, ola bilər ki, hansısa qəzet qeydiyyatdan keçmək istəsə, bu sahə üzrə mütəxəssis də qəzetin adı ilə fikirlərini bildirə bilər. Düzdür, nazirliyin adla bağlı məsələyə qarışmağa hüquqi ixtiyarı yoxdur, amma koordinasiya məqsədi ilə bu işə ciddi yanaşmaqları lazımdır. Konkret olmayan, uzun və mənasız qəzet adları olmamalıdır. Əvvəlki illərdə qəribə qəzet adları daha çox rastıma çıxırdı, indi isə eyni ənənəni müxtəlif saytlar davam etdirir. Məsələn, xüsusi məna kəsb etməyən sayt adları var. Bir zamanlar “Yeni Azərbaycan naminə” adlı qəzet var idi, bu nə deməkdir? Belə adlar qəzet üçün uyğun deyil və sadəcə şüar xarakteri daşıya bilər”.
Professorun qənaətincə, nə indiki, nə də əvvəlki illərdə bu qəbildən olan qəzetlər populyar olublar: “Qəzetlərin elə adlanmasının arxasında hansı niyyətlərin dayandığı bəlli deyil. Hər bir halda hüquqi məqamların pozulmaması şərti ilə Ədliyyə Nazirliyi və ya ora dəvət edilən media eksperti qəzet adlarına dair təkliflərini irəli sürməlidir. Bu, o qədər də çətin bir iş deyil. Qıcıq yaradan, hansısa mənası olmayan və gülünc qəzet adları ilə bağlı mütəxəssis öz rəyini bildirə bilər. Amma qəzeti təsis edən şəxs də bilməlidir ki, mətbu orqana normal ad verməlidir və qəzetin adı açıq şəkildə ifadə edilməlidir ki, nəşrin nə üçün yarandığı bəlli olsun. Yoxsa gülüş yaradan və qeyri-ciddi qəzet adları media anlayışına uyğun gəlmir”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

