Əhədi kəsilmişlərin Pənah yeri olmur
23.08.2022 [09:27]
“Tarix ən yaxşı bələdçidir” deyirlər. Təbii ki, söhbət mif yaradıcılığından, siyasi nağıl və hekayə toplusundan deyil, faktları və reallığı əks etdirən, ictimai-siyasi yaddaşı düzgün formalaşdıran tarixdən gedir.
Dövlətçilik tarixi ilə əlaqədar obyektiv yanaşmanın ortaya qoyulması nə üçün gərəkli və zəruridir? Bir çox səbəb və amil var. Ən əsası həm keçmişdən düzgün nəticə çıxararaq bu gündən gələcəyə sağlam mənəvi körpü yaradılması, həm də siyasi mədəniyyətin, siyasi şüurun inkişafı üçün vacibdir.
Burada əsas - həlledici amil ictimai-siyasi personaların fəaliyyətidir. Çünki tarix və şəxsiyyət - bir-birini yazan və yaradan amillərdir.
Nümunələr çoxdur. Təəssüf ki, şəxsi mənfəəti təmin etmək naminə saxtakarlıqla “tarix yazmaq” cəhdləri də kifayət qədərdir.
Hələ SSRİ-nin dağılması ərəfəsində və dövlət müstəqilliyinin bərpasının ilk illərində xalqın adından istifadə edərək siyasi əsatir və dastan yaradıcılığı ilə məşğul olmaq cəhdlərini görmüşük. Cəmiyyətin milli məsələlərə münasibətini “hərəkat”, “cəbhə” sözləri ilə bəzəyərək özlərini “siyasi qəhrəman”a çevirmək - “meydan lideri” düzəltmək istəyənlərin də hansı düşüncə və əməl sahibləri olduğunu həm özləri, həm də tarixin özü təsdiqləyib. “Xalq hərəkatının təşkilatçısı, aparıcı fiquru” adı ilə meydanlara atılıb sifariş yerinə yetirən, “siyasi cəngavər” obrazına bürünənlərin, əslində, xalqı aldadan saxtakarlar olduqları da üzə çıxıb.
Faktlar çoxdur, sadəcə bir nümunəyə diqqət yetirək.
1980-ci illərin sonunda dünyanın bir sıra ölkələrində antikommunizm xarakterli etiraz aksiyaları keçirilir, müxtəlif şüarlar səsləndirilirdi. Bu, Qərbdə müxtəlif qəzet və jurnallarda geniş əksini tapırdı. Məsələn, “Newsweek” jurnalı 1989-cu ildə ümumi olaraq bütün dünyada etirazlarda iştirak edənləri “İlin adamları” elan etmişdi. Jurnalın 25 dekabr 1989-cu il buraxılışında müxtəlif ölkələrdə etiraz aksiyalarının keçirilməsi barədə informasiya və məqalələr yer almışdı. Üz qabığında isə Bakıdan foto əks olunmuş, üzərində “İlin xalqı” (“People of the Year”) yazılmışdı. Amma jurnalın içində Azərbaycan xalqının “İlin xalqı” elan olunması və ya ümumiyyətlə, Azərbaycan haqqında heç nə yazılmamışdı. Araşdırmaçıların qənaətinə əsasən, üz qabığında Bakıdan görüntünün verilməsinin səbəbi fotoda həm insan kütləsinin, həm də kommunizmin əsas simalarından olan Leninin heykəlinin olması idi. Bu foto, sadəcə olaraq, dünyada kommunizmə qarşı xalqların etirazını ifadə edirdi. Məhz “İlin xalqı” ifadəsi də kommunizmə etiraz edən xalqları səciyyələndirmək üçün seçilmişdi. Amma AXC-”Müsavat” cütlüyündə təmsil olunaraq Azərbaycan xalqına faciə və fəlakətlər yaşatmış “ictimai-siyasi xadim”lər, eləcə də özlərini “xalq hərəkatının əsas, hətta yeganə qəhrəmanı” kimi təsvir edənlər “İlin xalqı” məsələsini öz xidmətləri kimi təqdim etməyə çalışırlar. Ucuz populizm axtarışında olanların hərəkətləri həm gülüncdür, həm də ikrah doğurur. Bu, tükənmiş siyasi ünsürlərin ictimai rəyi aldatmağa və “siyasi rəvayət” yaratmağa çalışdıqlarını göstərir. “Mif yaradıcılığı” ilə məşğul olmaq isə tarix yaza və müsbət obrazda tarixə yazıla bilməyən acizlərin, avantüristlərin işidir. Eynilə Nemət Əhəd Pənahlı kimi...
Onun ictimai-siyasi siması(zlığı) bəllidir. Önəmli fiqur kimi görünməyə çalışsa da, baxan, dinləyən və duyan yoxdur. Müxbirin “Nemət Pənahlı kimdir” sualına “azadlıq məşuqudur, xalq hərəkatının lideridir” deyir. Amma özündən başqa heç kim Pənahlını bu qiyafədə görmür. Məsələn ADP sədri Sərdar Cəlaloğlu deyir ki, “o, azadlıq aşiqi deyil, azadlıq məşuqudur. Yəni qeyri-qanuni azadlıq istəyən adamlardan biridir”.
Nəinki Sərdar Cəlaloğlu, ümumiyyətlə, xalq onu ciddi qəbul etmir. Bunu özü də etiraf edir. Deyir ki, “18 gün gecə-gündüz meydanda çıxış etmişəm. 600-700 səhifəlik çıxışım var. Bu xalq onların heç birini yadda saxlamayıb”. Haqlıdır - düz deyir. Xalq onun nəyini və niyə yadında saxlasın?
Onun simasını - özünü və sözünü ancaq xidmət etdiyi “KQB”-nin və başqa bir dövlətin kəşfiyyat orqanının tozlu arxivlərində tapmaq olar. Təbii ki, axtarmağa dəyərsə...

Özünü, az qala, “xalqın neməti” adlandıran Pənahlı “Azərbaycan milli azadlıq hərəkatından çıxan, xeyli parlayan adam olmuşdu. Ancaq onların heç birinin nüfuzu Nemət Pənahlının 1989-cu ildəki nüfuzu qədər olmayıb” deyir. Burada “nüfüz” sözünü “imic” anlayışı ilə əvəz etmək lazımdır. Bəli, Pənahlının özünəməxsus “imic”i var idi. Necə və hansı? Bu obrazı kim və nə üçün formalaşdırmışdı?
Əlahəzrət faktlar cavab verir:
- Xarici kəşfiyyatdan “otur-dur” əmri alan Nemətin Qarabağ məsələsi ilə əlaqədar meydana toplaşan xalqa “oturmayan ermənidir” deyə xitab etməsi onun hansı intellekt və mənəviyyat sahibi olduğunu göstərir. Hətta sadə vətəndaşlardan birinin bu məsələ ilə əlaqədar fikirləri dillər əzbərinə çevrilib. O deyirdi ki, “Nemət Pənahlı mitinqlərdə “oturmayan ermənidir” deyib çığırır. Lakin özü oturub-durmur. Belə çıxır ki, Nemətin özü ermənidir”;
- Hamını “KQB" agenti adlandıran Pənahlının “fəhlə-siyasətçi”, “zəhmətkeş-lider” kimi elə SSRİ kəşfiyyat orqanı tərəfindən ortaya atıldığını faktlar birbaşa, özü isə dolayısıyla təsdiqləyib. Onun bir tərəfdən sovetlər birliyi ilə əlaqədar kin-nifrət dolu fikirlər səsləndirməsi, digər tərəfdən “SSRİ dövründə əvvəl deputat, sonra Ali Sovetin sədri, sonra isə prezident olacaqdım” fikri miskin və piyada, istifadə edilərək kənara atılmış bir “KQB” xidmətçisi olduğunu təsdiqləyir;
- Nemətin SSRİ kəşfiyyatının kustar üsulla düzəldilmiş “ictimai-siyasi oyuncağı” olmasını sübuta yetirən əsas fakt onun 20 Yanvar faciəsi zamanı oynadığı roldur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Nemət Pənahlının şəhərin müxtəlif ərazilərində qurulan barrikadaların ətrafında toplaşan insanları səsgücləndiricilərlə meydana - etiraz etməyə çağırması, “dağılışmayın, indi silah gətirəcəyik” söyləməsi yaddaşlardan silinməyib. O zaman və bu gün də ifadə olunan sualları N.Pənahlı heç vaxt cavablandırmayıb: “Ciddi məhdudiyyətlərin tətbiq olunduğu və insanların təzyiqə, hücuma məruz qaldığı bir şəratdə Nemət Pənahlı paytaxt Bakıda necə bu qədər sərbəst, maneəsiz hərəkət edirdi? Onun təxribatçı hərəkətlərinin qarşısı hansı səbəbdən alınmırdı və xalqa “silah paylamaq” təşəbbüsünə nə üçün hansısa reaksiya verilmirdi?”. Nəhayət, onun xalqı meydanda silahlı mübarizəyə çağırıb yoxa çıxması nədən xəbər verirdi?
- Necə oldu ki, 20 yanvar faciəsindən sonra Nemət Pənahlı İran konsulluğunda peyda oldu, daha sonra bu ölkəyə “yola düşdü”? Özü bu məsələni belə izah edir: “20 Yanvardan sonra məni aldadıb ölkədən çıxardılar, daha sonra İrana yola saldılar”. Maraqlıdır, özünü “lider” adlandıran Pənahlını kim necə və nə üçün aldatmışdı? Bu, kimə lazım idi? Və ya hansı qüvvə sərhədi qanunsuz keçən bir təxribatçını mehmanxanada qonaq etmək yolunu seçmişdi? Həmin dövrü araşdıran tədqiqatçılar bu məsələnin “KQB” ilə bəhs olunan ölkənin kəşfiyyat orqanının anlaşması əsasında baş tutmasını faktlar əsasında sübuta yetiriblər. O dövrün mətbuatına nəzər saldıqda bu qənaətə gəlmək olur ki, SSRİ N.Pənahlını İrana “qaçırtmaqla” “Azərbaycanda islam terrorçuları çevriliş etmək istəyir” görüntüsü yaratmağa çalışırdı.
- Daha bir maraqlı məqam: özünü “xalq hərəkatının yeganə lideri” adlandıran Nemət Pənahlı necə oldu ki, sonradan - ötən 34 il ərzində heç bir yerdə və situasiyada lider olmağı bacarmadı? Hətta 3-5 nəfərin sonradan təsis etdikləri “Azərbaycan Xalq Hərəkatı” adlı yığıncaqdan qovulması onun nəinki lider, heç öz düşərgəsində də adi - sıradan siyasi obraz kimi qəbul edilmədiyini göstərir. Bir zamanlar özünü “meydan lideri” adlandıran (cəmiyyətə sırıyan - red.) birinin indi siyasət meydanında kiçicik yer tapa bilməməsi təsadüfdür? Xeyr. Çünki yeri siyasət meydanı deyil, tarixin (və “KQB” tarixinin) arxividir, adı ictimai yaddaşda deyil, xarici kəşfiyyat orqanlarının lazımsız və saralmış vərəqlərindədir.
O, vaxtilə kəşfiyyat orqanına xidmət etdiyi ölkəyə “pənah aparsa” da... tarix sübuta yetirir ki, Əhədi kəsilmişlərin Pənah yeri olmur. Və heç kim, heç nə əsla unudulmur!
“Yeni Azərbaycan”
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17