Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Azərbaycanda yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

25.08.2022 [13:22]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 25-də Bosniya və Herseqovinanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adis Alagiçin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Adis Alagiç etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

İkitərəfli əlaqələrə toxunan dövlətimizin başçısı Bosniya və Herseqovinanın rəhbərləri, o cümlədən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçlə görüşlərini məmnunluqla xatırladı və ona salamlarını çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev bu görüşlərdə çox səmimi və səmərəli müzakirələrin aparıldığını dedi.

Dövlətimizin başçısı Ermənistanın işğalı zamanı və Qarabağın azad edildiyi dövrdə Bosniya və Herseqovinanın Azərbaycanın yanında olmasını yüksək qiymətləndirdi və bunu ikitərəfli münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev, eyni zamanda, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatında da göstərilən qarşılıqlı dəstəyin önəmini qeyd etdi.

Səfir, ilk növbədə, Bosniya və Herseqovina rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Bosniya və Herseqovina rəhbərliyinə çatdırmağı xahiş etdi.

Azərbaycana səfir təyin olunmasından qürur duyduğunu qeyd edən Adis Alagiç fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Səfir vurğuladı ki, ölkəsi Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq öz ərazi bütövlüyünü müdafiə etməsini və Qarabağın uğurla bərpa olunmasını dəstəkləyir. O, ötən il Ağdama, yaxın günlərdə isə Şuşaya planlaşdırılan səfərindən məmnunluq hissi duyduğunu bildirdi. Adis Alagiç ölkələrimiz arasında çox güclü siyasi əlaqələrin ümumilikdə ikitərəfli münasibətlərimizə olduqca müsbət təsir etdiyini dedi. Diplomat ölkəsinin ikitərəfli və çoxtərəfli səviyyədə əlaqələrimizin daha da möhkəmləndirilməsində maraqlı olduğunu qeyd etdi.

.

Paylaş:
Baxılıb: 480 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31