Yüksək bal toplayan abituriyent: Günümün 10 saatını dərs oxumağa sərf edirdim
27.08.2022 [08:07]
MÜŞFİQƏ
Deyirlər, heç bir uğur təsadüfi deyil. Bu misalın ən uğurlu nümunələrindən biri də həmsöhbətim Fərid Quliyevdir. Fərid Dövlət İmtahan Mərkəzinin imtahanında I qrup üzrə 694.4 bal toplayıb. 258 nömrəli tam orta məktəbin məzunu olan abituriyent gələcəyin İT mütəxəssisi olacaq. Redaksiyamızın qonağı olan Fəridlə uzun-uzun söhbətləşdik. Uğur hekayəsindən, gələcək planlarından danışdıq. Ən önəmlisi gələcək abituriyentlərə məsləhətini öyrəndik: “Sınaq imtahanlarından da yüksək bal toplayırdım. Özümə inamım böyük idi, amma bu qədər yüksək nəticə göstərəcəyimi gözləmirdim. Çünki imtahanda bilgi ilə yanaşı, həyəcan, stress də böyük rol oynayır. Ani bir yanlış kodlama sənin bütün arzularını təxirə sala bilər. İmtahandan əvvəl olan həyəcanım suallar ilə tanış olduqdan sonra keçdi. Düşünürəm ki, uğur əldə etməyin ən əsas açarı həyəcanı dəf etməkdir. Hazırlıq ərəfəsindən bəzən mənim də motivasiyam düşürdü. Bu zaman özümü sıxmaq əvəzinə, istirahət etməyə, şahmat oynamağa üstünlük verirdim. Bilirdim ki, hər şey insanın öz əlindədir. İmtahandan dərhal sonra çox sevdiyim üzgüçülük dərslərinə yazıldım. Gücümü toplayıb daha böyük üfüqlərə yol açmaq istəyirəm. İlk ünvan isə Bakı Ali Neft Məktəbidir. İnformasiya Təhlükəsizliyi ixtisasını seçməyi düşünürəm. Həm sevdiyim ixtisasdır, həm də tələbatlıdır. Düzü, valideynlərim həkim olmağımı istəyirdilər. Deyirdilər ki, nəslimizdə bir həkim olsun. Amma mən öz seçimimin ardınca getdim. Valideynlərim də dəstək oldu. Evdə bu xəbəri böyük sevinc və fəxr hissi ilə qarşıladılar. Çox sevinirəm ki, üzərimə düşən məsuliyyəti layiqincə yerinə yetirə bildim. Bir əmək sərf edirsən və müəyyən bəhrəsini görürsən. Nəticədə bütün media sənin uğurundan danışır”.
Gənc qonağımız deyir ki, bu uğurla kifayətlənməyi düşünmür. Onun gözləri xarici ölkələrin birinə doğru yol çəkir: “Məzun olduqdan sonra peşəkar mütəxəssis olmaq üçün magistratura təhsilimi xarici ölkələrin birində davam etdirməyi düşünürəm. Ondan sonra Vətənimə qayıdıb burada xidmət etmək istəyirəm. Bunun üçün durmadan çalışıram. İngilis dili bilgimi inkişaf etdirirəm”.
“Gələcək abituriyentlərə məsləhətim odur ki, hər kəs öz potensialına uyğun bir istiqamət götürsün. Mənim düşüncələrim onlar üçün yanlış da ola bilər. Amma yüksək nəticə əldə etmək istəyirlərsə, özlərinə məhdudiyyətlər qoysunlar. Sosial şəbəkələrdən, telefon və planşetlərdən istifadəni azaltmalıdır. Günümün 10 saatını dər? oxumağa sərf edirdim. Amma arada fasilə verməyi də unutmasınlar. Mənim mayakım bacılarım idi. Bacımın biri hazırda xaricdə magistr pi?ləsində təhsil alır, digər bacım isə BNA-da Kimya Mühəndisliyi fakültəsində təhsil alır. Onlar da 600 baldan yüksək bal toplamışdılar”- deyə Fərid vurğulayıb.
Fəridlə yanaşı, anası Fidan Quliyeva da redaksiyamıza təşrif buyurub. Fidan xanım övladının bu uğurunun hər bir addımına şahidlik edib. Onunla birlikdə gecəsini gündüzünə qatıb. Bu gün isə sevincini bizimlə bölüşməyə gəlib: “Yüksək bal topladığı üçün oğlumla qürur duyuram, çox sevincliyəm, onunla fəxr edirəm. Fərid çox məsuliyyətli övladdır. Müəllimlərinin bütün tapşırıqlarına əməl etdi. Özü də çox həvəsli idi. Əlavə dərsliklərdən də istifadə edirdi, müxtəlif test topluları ilə məşğul olurdu. Bilirdim ki, uğur qazanacaq. Görürdüm ki, gecə-gündüz çalışır. Sözün əsl mənasında, gecəsini gündüzünə qatırdı. Sevinirəm ki, əməyi yerdə qalmadı”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

