Yeni dəyişikliklər...
02.09.2022 [10:24]
Hərbi vəzifəlilərin qeydiyyatının konkretləşdirilməsinə yol açacaq
SADİQ
Nazirlər Kabineti “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edib. Dəyişiklik xüsusi qeydiyyatla bağlıdır. Qərara əsasən, çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırıldıqda və ya könüllü daxil olduqda hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində xüsusi qeydiyyata alınacaqlar. Ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidməti isə siyahıdan çıxarılıb.
Beləliklə, son dəyişiklikdən sonra çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırıldıqda və ya könüllü daxil olduqda hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində xüsusi qeydiyyata alınacaqlar.
Bəs bu dəyişikliklər hansı yeniliklərə yol açacaq? O cümlədən, təhlükəsizlik baxımından bu dəyişiklərlə hansı müsbət tendensiyanı özündə əks etdirir?
Hərbi ekspert Ramil Məmmədli bildirib ki, “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda edilən dəyişikliklər olduqca mühüm xarakter daşıyır. Belə ki, dəyişikliklər ilkin olaraq komplektləşmə baxımından böyük əhəmiyyətə malikdir. Bu, hərbi xidmətdə olan hərbi qulluqçuların, hərbi vəzifəlilərin qeydiyyatının konkretləşdirilməsi ilə bağlıdır: “Məsələ burasındadır ki, əvvəllər hərbi xidmətə çağırılan və ya könüllü xidmətə gedən şəxslər qeydiyyatda olduqları ərazi üzrə qeydiyyatdan çıxarılmırdılar. Onlar həmin ərazi üzrə qeydiyyatda saxlanılırdılar. Lakin bu qayda onların yerinin tam müəyyənləşdirilməsi baxımından problemlərə yol açırdı. Bununla yanaşı, həmin qayda müəyyən imtiyazların tətbiq olunması prosesində də işi çətinləşdirirdi. Artıq yeni qaydalar bu prosesi də asanlaşdıracaq”.
Dəyişikliyin daha çox idarəetmə ilə bağlı olduğunu dilə gətirən hərbi ekspertin fikrincə, atılan addım xidmətdə olanların qeydiyyatının araşdırılması zamanı prosesin asanlaşdırılmasına xidmət göstərir. “Hərbi strukturda şəxsi məlumatlara əlçatanlıq olduqca çətindir. Mülki qurumlarda bu daha asandır. Qaydaların bu formada dəyişdirilməsi həm də hərbi qulluqçuların məlumat bazasının təhlükəsizliyi baxımından olduqca zəruridir. Eyni zamanda, qeydiyyatın idarəolunması baxımından da əlverişli əhəmiyyətə malikdir. Burada digər müsbət tərəflərdən biri isə qeydiyyat ünvanları ilə bağlı istiqamətlərin konkret olaraq göstərilməsidir. Belə ki, şəxsin qeydiyyatdan çıxarılmasından sonra hara qeydiyyata salınmalı olduğu da yeni dəyişiklikdə öz əksini tapıb”, - deyə R.Məmmədli əlavə edib.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

