Qayğılı sentyabrın bağçaları
02.09.2022 [10:56]
Uşaqları sevindirən, valideynləri qayğılandıran sentyabr ayı artıq başlayır. Uşaq bağçaları, ali və orta təhsil müəssisələri fəaliyyətini bərpa etmək üzrədir. Bu yazımda ölkəmizdəki məktəbəqədər təhsil müəssisələrindən, xüsusilə də özəl bağçalardan söz açmaq istəyirəm.
Murad KÖHNƏQALA
Şübhə yox ki, bu gün Azərbaycanda özəl sektorun inkişafına dövlət tərəfindən lazımi dəstək verilir. Özəl biznesin gəlişməsi üçün müxtəlif təyinatlı investisiyalar və kreditlər ayrılır, münbit şəraitin yaradılması təmin olunur.
Ölkəmizdə inkişaf etməkdə olan özəl biznes sektorunun aparıcı qollarından biri də uşaq təlim-tərbiyə mərkəzləri, məktəbəqədər hazırlıq müəssisələridir. Əksər valideynlər “dövlət, yoxsa özəl bağça?” seçimi qarşısında qalmalı olanda, adətən, intuitiv olaraq üstünlüyü özəl müəssisəyə verir. Valideyn elə düşünür ki, bu bağçalarda aylıq ödəniş yüksək olduğuna görə onun övladına daha yaxşı baxılacaq, uşaqla daha savadlı və peşəkar mütəxəssislər məşğul olacaq. Özəl bağçaların reklamındakı gündə beş dəfə yüksək keyfiyyətli qidalanma, valideynlərin kamera ilə nəzarət imkanı, müxtəlif əyləncə və inkişafetdirici məşğuliyyətlər bu təlim ocaqlarını daha da cəlbedici göstərir. Bəs reallıq necədir? Hər şey reklamdakı kimi əlvan və gözəldirmi?
Təəssüf ki, xeyr.
Bir valideyn kimi vaxtilə ödənişi münasib, keyfiyyəti qənaətbəxş bağça tapmaq ümidi ilə həm dövlət, həm də özəl məktəbəqədər təlim müəssisələrini gəzmişəm. Reklamı göz qamaşdıran, qiymətləri od püskürən özəl bağçaların bir neçəsinə baş vurub, real vəziyyəti öz gözlərimlə görmüşəm. Dövlət bağçalarından yalnız xarici adları və reklamı ilə fərqlənən özəl təhsil müəssisələrində körpələrə doğma münasibət göstərən tərbiyəçilərlə də, başını telefondan qaldırmayan müəllimlərlə də rastlaşmışam.
Hər bir bağça rəhbəri, işçisi bilməlidir ki, körpələrin təlim-tərbiyəsi dövlətin xüsusi marağında olan strateji sahədir. Çünki burada insan yetişdirilir, vətəndaş və şəxsiyyət formalaşır. Məhz bağçada öyrəndikləri bir gəncin xarakter keyfiyyətlərinin formalaşmasında bazis rolunu oynayır.
Ona görə də bağçaya işə götürülən təlimçilərin savadı, dünyagörüşü ilə yanaşı psixoloji və mənəvi-mədəni səviyyəsi də yüksək olmalıdır. Sıradan bir kobud hərəkət, adi aqressiv danışıq dünyanı yenicə dərk etməyə başlayan körpənin iç dünyasını zədələyə, mənəvi-psixoloji tarazlığını poza bilər.
Fransız yazıçısı Jozef Juberin söylədiyi kimi: “Uşaqların öyüd-nəsihətdən daha çox yaxşı nümunəyə ehtiyacı var”. Körpələrə psixoloji, fiziki şiddət göstərən tərbiyəçilərin sosial şəbəkələrdə yayılan videogörüntüləri hər birimizin yadındadır. Ona görə də balalarımızı etibar etdiyimiz məkanlarla bağlı vəziyyət hər birimiz üçün həssas mövzudur. Belə eybəcər halların baş verməməsi üçün bağça və məktəb rəhbərləri ilə yanaşı cəmiyyət də, əlaqədar dövlət qurumları da diqqətli olmalıdır.
Daha bir narahatedici məsələ özəl bağçaların aylıq ödənişi ilə bağlıdır. Bir çox hallarda özəl məktəbəqədər təhsil ocaqları vətəndaşların ümumi maddi-sosial durumunu nəzərə almadan fantastik qiymətlərdən dəm vurur. 2022-ci il üçün ölkəmizdə adambaşına düşən yaşayış minimumu 200 manat civarında müəyyən olunubsa, özəl məktəbəqədər təhsil müəssisəsi aylıq xidmət haqqını hansı əsasla 700 manat civarında təyin edir? Deyə bilərsiniz ki, bu cür yüksək ödənişli təlim-təhsil ocaqları bütün dünyada fəaliyyət göstərir, üstəlik, sosial bərabərsizliyin olmadığı bir cəmiyyət də mövcud deyil. Razıyam. Amma inkişaf etmiş kapitalist ölkələrində qiymətlərin vətəndaşların cibinə uyğun tənzimlənməsi üçün ciddi, işlək mexanizm var. Hansı ki, bu gün biz özəl xidmət sektorunda, məsələn, elə bu yazıda söz açdığımız təlim-təhsil ocaqlarında bu mexanizmin zəif işlədiyinin, yaxud heç işləmədiyinin şahidi oluruq. Sözügedən problem xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası üçün fəaliyyət göstərən təlim mərkəzlərinə də aiddir.
Qeyd etməliyik ki, bu gün autizm, Daun sindromu, müxtəlif növ nevroloji xəstəliklərdən əziyyət çəkən uşaqların cəmiyyətə qazandırılması və inteqrasiyası yönündə Heydər Əliyev Fondunun, xüsusilə birinci xanım Mehriban Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Yaxşı olardı ki, həssas təbəqədən olan uşaqların təhsili və məşğulluğu üçün dövlət tərəfindən atılan addımlara özəl təhsil mərkəzləri də bacardıqları qədər dəstək versin. Məsələn, autizmli bir uşağın aylıq təlim xərcləri 600 manatı aşır. Gəlin real düşünək: ölkəmizdə bu xidmətlərdən yararlanmağa maddi imkanı çatan neçə autiz?li ailə təxmin edə bilərik? Əlbəttə, çox az!
Sentyabr başlayır. Uşaqlar sevinir, valideynlər qayğılanır...
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

