Qurultaydan GÖZLƏNTİLƏR
10.09.2022 [11:00]
Mətbuat Şurasında hansı yeniliklər gözlənilir?
Yeganə BAYRAMOVA
Sentyabrın 24-də Azərbaycan jurnalistlərinin növbəti qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin yenilənəcəyi bildirilib. Şura sədri postuna da yeni simanın gələcəyi deyilir. Nizamnaməyə görə, sədr qurultayda İdarə Heyətinin üzvləri arasından seçiləcək. Artıq qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi də yaradılıb. Qurultay nümayəndələrinin seçilməsi mərhələsinə start verilib. Eyni zamanda, Mətbuat Şurasının rəhbərliyinin yenilənməsi də nəzərdə tutulur.
Yeniləşən Mətbuat Şurası daha çox işlər görəcək
Qurultayla bağlı “Yeni Azərbaycan”a danışan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, Mətbuat Şurasının üzvləri olan qurumlar Mətbuat Şurası İdarə Heyətinə namizədlər irəli sürəcəklər. Daha sonra bu namizədlər içində ən çox səs yığanlar qurultaya səsverməyə buraxılacaqlar. Onlar da Mətbuat Şurasının İdarə Heyətinin sədrini seçəcəklər: “Qurultay nümayəndələrinin iradəsiylə məsləhət gördükləri şəxs də bu vəzifəni icra edəcək. Düşünürəm ki Mətbuat Şurasında üzvlərin yarısından çoxu yeni simalar, xüsusən də gənclər olmalıdır. Bununla yanaşı, cəmiyyətdə nüfuzu, jurnalistlər arasında etibarı olan həm ictimaiyyət nümayəndələri, həm də mətbuat işçiləri yenə heyətdə olmalıdır. Daha çox müstəqil insanların orada olmasına şərait yaradılmalıdır ki, Şuranın özünütənzimləmə qurumu kimi fəaliyyətində onların rolu olsun. 2003-cü ildən Mətbuat Şurasının İdarə Heyətinin üzvüyəm. Jurnalistlər etimad göstərsə, bu dəfə də qurumun İdarə Heyətində olacağam. Şəxsin özünün namizədliyini irəli sürməsi etik deyil. Əgər namizədliyimi kimlərsə irəli sürsə, şübhəsiz ki, Mətbuat Şurasının gələcək fəaliyyəti barədə fikirlərim var”.
R.Məcid qeyd edib ki, qurumda yeni simaların varlığı onun fəaliyyətində mühüm istiqamətlər müəyyənləşdirəcək: “Ümumiyyətlə, Mətbuat Şurasının fəaliyyətini əksər insanlar müsbət qiymətləndirir. Sadəcə olaraq, son bir neçə ildə Şura zəiflətmişdi və yaxud Mətbuat Şurasına etimad azalmışdı. Qurum özünü doğrultmamışdı. Buna görə də Mətbuat Şurasının nüfuzu aşağı düşmüşdü. Amma demək olmaz ki, Mətbuat Şurası bu illərdə heç nə iş görməyib. Mətbuatın özünütənzimləməsində, bir sıra şikayətlərin məhkəmələrə qədər həll olunmasında Şuranın böyük rolu olub. Əminəm ki, yeniləşən Mətbuat Şurası daha çox iş görəcək. Hazırkı sədr Əflatun Amaşovun Mətbuat Şurasının ərsəyə gəlməsində, fəaliyyətində çox böyük xidmətləri olub. Əminəm ki, Əflatun Amaşov yenə Mətbuat Şurasının üzvü seçiləcək. Əgər özü sədr olmaq istəməsə, başqa adamın sədr seçilməsi mümkündür”.
Yeni sədr mətbuatın problemlərinə həssas yanaşmalıdır
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının sözlərinə görə Mətbuat Şurasına yeni seçiləcək sədr Əflatun Amaşov kimi birləşdirici rola malik olmalı və mətbuatın problemlərinə həssas yanaşmalıdır: “Əflatun Amaşov uzun müddət Azərbaycan mətbuatının inkişafına çalışıb və 19 ilə yaxın bu quruma rəhbərlik edib. Mətbuat Şurası elə bir strukturdur ki, orada daim birləşdirici, müxtəlif fikirləri ortaq məxrəcə gətirə biləcək insanın olmağı müsbət effekt verir. Bu şuranın fəaliyyətini kimlərsə müsbət, kimlərsə mənfi qiymətləndirir. Bir şeyi unutmamalıyıq ki, Mətbuat Şurası qeyri-hökumət və jurnalistlərin könüllü birlik təşkilatıdır. Azərbaycanda 50-yə yaxın jurnalist təşkilatı fəaliyyət göstərir. Fakt isə odur ki, ən böyük tənqidlərin və hədəflərin ünvanı Mətbuat Şurası olub. Amma qurumun səmərəsiz fəaliyyəti ilə bağlı fikirlərə qatılmıram”.
Akif Aşırlı qeyd edib ki, yeni sədrin də birləşdirici, daha müasir düşüncəyə sahib olması, mətbuatın problemlərinə həssas yanaşması və ciddi şəkildə bunu ictimailəşdirməsi arzuolunandır: “Düşünürəm ki, budəfəki qurultaya daha ciddi və tənqidi yanaşma müşahidə edəcəyik. Qurultaylar hər zaman demokratik və açıq müzakirələrlə keçirilib. Heç bir gərginliyə yol vermədən Azərbaycan jurnalistləri bir araya gəlməli, Mətbuat Şurasının idarə Heyətini formalaşdırmalı və yeni sədrini seçməlidir”.
Xəbər lenti
Hamısına baxDünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17

