Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xəzərlə bağlı Azərbaycan-Türkmənistan Birgə işçi qrupunun iclası keçirilib

Xəzərlə bağlı Azərbaycan-Türkmənistan Birgə işçi qrupunun iclası keçirilib

13.09.2022 [16:19]

Bakıda Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib.

Bu barədə XİN-dən bildirilib.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik edib.

Görüşdə Azərbaycan Respublikasının və Türkmənistanın aidiyyəti nazirlik və qurumlarının nümayəndələri iştirak ediblər.

İclas zamanı Azərbaycan Respublikası və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Azərbaycan Respublikası və Türkmənistan arasında Saziş layihəsinin müddəaları müzakirə edilib.

Tərəflər Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə danışıqlar prosesini davam etdirmək barədə razılığa gəliblər.

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31