Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Minatəmizləmə Agentliyinin sədri ABŞ-da BMT-nin Mina Fəaliyyəti Xidmətinin direktoru ilə görüşüb

Minatəmizləmə Agentliyinin sədri ABŞ-da BMT-nin Mina Fəaliyyəti Xidmətinin direktoru ilə görüşüb

13.09.2022 [18:58]

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovun rəhbərlik etdiyi nümayəndə heyəti 2022-ci ilin 12-16 sentyabr tarixlərində Amerika Birləşmiş Ştatlarına işgüzar səfər edib. 

Səfər proqramı çərçivəsində Azərbaycan nümayəndə heyətinin Birləşmiş Millətlər Təşkilatının Mina Fəaliyyəti Xidmətinin (UNMAS) direktoru ilə görüşü keçirilib.  

Görüş zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud olan mina problemi və onun keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr, ANAMA və digər aidiyyəti qurumlarımız tərəfindən minatəmizləmə sahəsində aparılan fəaliyyət, qarşıda duran hədəflər barədə məlumat verilib. 

İcra edilən genişmiqyaslı humanitar minatəmizləmə fəaliyyəti və əlaqələndirilmiş şəkildə aparılan bərpa və quruculuq işlərinin gedişatı qarşı tərəfdə maraq doğurub, bu istiqamətdə müzakirələr aparılıb. Qeyd edilib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlılığın əyani göstəricisi olaraq Azərbaycanda minatəmizləmə fəaliyyəti məhz bərpa və quruculuq işləri ilə əlaqələndirilmiş həyata keçirilir.

Azərbaycanda minatəmizləmə probleminin ciddiliyi və təxirəsalınmaz işlərin görülməsinin vacibliyi vurğulanıb. BMT-nin Mina Fəaliyyəti Xidməti ilə bu sahədə gələcək əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb.  

Həmçinin bildirilib ki, minalar sadəcə insanların sağlamlığına deyil, eyni zamanda regionda sabitlik, sülh və əminamanlığa ciddi təhlükə yaradır. Baş verən son hadisələr bunun bariz nümunəsidir.

Paylaş:
Baxılıb: 599 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31