Məktəb vətənpərvərliyin sütunudur
28.09.2022 [10:29]
27 sentyabr Anım Günü təhsil müəssisələrində
Günel ABBAS
İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyil. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub.
Şagirdlərə hər zaman aşılanan anlayışlardan bir digəri ölkədə qeyd olunan xüsusi günlərdir. Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsinin başladığı 27 sentyabr bu günlərdən bəlkə də ən dəyərlisidir. Demək olar ki, ölkənin bütün məktəblərində məhz bu gün dərslər xüsusi qaydada keçirilir. Vətənpərvərlik mövzularına həsr edilən tədbirlər baş tutur. Belə məktəblərdən biri də Bakı şəhəri Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbdir. Məktəbə adı verilən şəhid Etibar Əliyev adını daşıdığı məktəbdə təhsil alıb. O, 1994-cü il may ayında Tərtərin Qapanlı kəndində gedən döyüşlərdə iştirak edərək yaralanıb. Ancaq buna baxmayaraq döyüş yoldaşlarını axtarmaq üçün ön cəbhəyə qayıdan E.Əliyev Şuşada ermənilərə əsir düşüb. 24 gün Şuşada əsir saxlanıldıqdan sonra, iyunun 4-də erməni əsir ilə dəyişdirilib. Bakıda hərbi hospitala yerləşdirilən Etibar iyulun 16-da tibbi müdaxilələrə baxmayaraq, dünyasını dəyişib. O, Bakıdakı II Şəhidlər xiyabanında dəfn edilib.
Bütün təhsil müəssisələrində olduğu kimi burada da Anım Günü ilə bağlı açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri, yaradıcılıq müsabiqələri və intellektual oyunlar keçirilib.
Məktəbin direktoru Arzu Nəzərovanın sözlərinə görə, şagirdlərə mütəmadi olaraq Vətən müharibəsi, əsgər və zabitlərimizin şücaəti, Anım və Zəfər günləri ilə bağlı mövzular keçirilir: “Bununla yanaşı, şəhidlərin məzarları ziyarət edilir, onların həyat və mübarizə yolunu əks etdirən videobülletenlər hazırlanır. Eləcə də Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlər, qazilər, şəhid olmuş əsgər və zabitlərin ailə üzvləri ilə görüşlər təşkil edilir, şəhidlərin həyat və mübarizə yolunu əks etdirən videoçarxlar nümayiş olunur. Ümumiyyətlə, həm rəhbər, həm də müəllimlik təcrübəmdən bu qənaətə gəlmişəm ki, bu istiqamətlərdə şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir”.
Direktor qeyd edib ki, məktəblərdə işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı tədbirlər təşkil edilir, habelə həyata keçirilən quruculuq işləri barədə şagirdlərə məlumatlar verilir: “Bu gün də 27 sentyabr Anım Gününü bir neçə hissədən ibarət olan tədbir şəklində qeyd edirik. Artıq səhər saatlarından başlayaraq ümumməktəb tədbirindən əlavə olaraq siniflərdə də hissə-hissə tədbirlər baş tutub. İlk dərsdə Vətən müharibəsinin başlanğıcı ilə əlaqədar inşalar yazılıb, rəsmlər çəkilib. Ümumi tədbirdə isə müəllim kollektivi 44 günlük Vətən müharibəsinin təntənəsi, bu yolda canından keçən şəhidlər barədə şagirdləri məlumatlandırıb. Onlara bu günün önəmini çatdırıb. Şəhidlərimiz bir dəqiqəlik sükutla yad olunandan sonra Anım Gününə həsr olunan tədbirin bədii hissəsi baş tutub. Burada şagirdlər tərəfindən hazırlanmış şeir kompozisiyası təqdim olunub. Biz bu cür tədbirləri mütəmadi təşkil edirik. Bildirmək istərdim ki, məktəbin girişində foyedə Vətən müharibəsinə, şəhidlərə, işğaldan azad olunmuş ərazilərə həsr edilən sərgimiz var. Vətən müharibəsindən sonrakı dövrdə şagirdlərimiz tərəfindən hazırlanan əl işləri orada nümayiş olunur. Eləcə də şəhid Tağıyev Əli Aydın oğlu adına sinfimiz və şəhid Qənbərov Bilal Xanlar oğluna həsr olunan dəhlizimiz var. Biz bu müqəddəs duyğuların şagirdlərə çatdırılması onların vətənpərvər ruhda böyüməsi üçün əlimizdən gələni əsirgəmirik. Respublikanın digər məktəblərində olduğu kimi sentyabrın 15-i ilk dərs zəng əvəzinə bir dəqiqəlik sükutla başladı və “Qarabağ Azərbaycandır” mövzusuna həsr olundu. Biz həmin gün də şagirdlərə bu hadisələrin mahiyyətini izah etdik. Bildirdik ki, bu gün düşmənin törətdiyi təxribatlar nəticəsində şəhid olan əsgər və zabitlərimizə həsr olunub. Övladlarımızın Vətənpərvər ruhda böyüməsi üçün atdığımız addımlar bundan sonra da davam edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55

