Azərbaycan COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biridir
30.09.2022 [10:21]
Vətəndaşların sağlamlığının qorunması, göstərilən tibbi xidmətin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində uğurlu islahatlar aparılır. Ən müasir avadanlıqlarla təchiz olunmuş yeni tibb ocaqları tikilir, səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində ardıcıl, təxirəsalınmaz tədbirlər görülür. Elə bunun nəticəsidir ki, ölkəmizdə infeksiyanın yayılma sürəti o qədər də yüksək deyil. Qabaqlayıcı tədbirlər deyəndə sözsüz ki, sosial izolyasiyanın tətbiqi, dezinfeksiya işlərinin aparılması və əhalinin maarifləndirilməsi nəzərdə tutulur. Eləcə də əhali arasında geniş təbliğat işləri aparılıb, yaşayış evlərinin girişlərinə elan lövhələri yapışdırılıb, uzaq qəsəbələrdə yaşayanların tibbi müayinəsi üçün səyyar həkim briqadaları yaradılıb. Bunlar nə qədər vacib və zəruri tədbirlər olsa da, bu sahədə əsas yük tibb işçilərinin üzərinə düşür. Xəstəliklə mübarizədə həkim-infeksionistlərin, epidemioloqların və əhalinin sağlamlığının keşiyində dayanan digər tibb işçilərinin böyük zəhməti danılmazdır. Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamı bu istiqamətdə çalışan səhiyyə işçilərinin fədakar əməyinə verilən yüksək dəyərin və onlara göstərilən sosial qayğının nümunəsidir. Dövlət başçısı tərəfindən atılan bu addım şübhəsiz ki, əhalinin sağlamlığının keşiyində dayanan tibb işçilərini daha böyük məsuliyyətlə, həvəslə və yorulmadan çalışmağa sövq edir.
Uzun müddətdir dünyanı cənginə alan bu dəhşətli virusla qarşılaşan Azərbaycan ilk vaxtlardan etibarən COVID-19 pandemiyasına qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olub. Azərbaycan bu qlobal təhlükəyə qarşı mübarizəyə çox operativ qoşulub. Azərbaycanda pandemiyanın ilk günlərindən COVID-19-un əhaliyə neqativ təsirinin minimallaşması və vəziyyətin nəzarətdə saxlanması üzrə praktiki tədbirlər görüldü. Qısa zamanda 13 modul tipli və 1 daimi xəstəxana tikildi. Ölkədə COVID xəstələrinin müalicəsi üçün ayrılan xəstəxana çarpayılarının ümumi sayı 10 mini ötür.
Bir çox Qərbi Avropa ölkəsindən fərqli olaraq, Azərbaycan əhalisi həm vaksini daha tez qəbul edib, həm də ictimai səhiyyə tədbirlərinə sıx əməl olunmağa başlayıb. Bu da təbii ki, yoluxma sayının az olmasına öz təsirini göstərir.
Bunun nəticəsidir ki, ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar martın 5-də Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı qərar qəbul edib.
Bütün bunlar ölkəmizdə əhalinin sağlamlığının qorunmasının, dünya standartlarına uyğun tibbi yardımla təmin olunmasının həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindən olduğunu bir daha sübut edir. Azərbaycanda infeksiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyan preventiv və profilaktik tədbirlərə əhalinin də dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin daha səmərəli nəticə verməsinə səbəb olacaq.
Rəfail Musayev
AzTU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müəllimi
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

