Fransa bizi qəbul etməkdən vaz keçdi...
03.11.2022 [11:17]
Əvvəli ötən sayımızda...
1979-cu ildə inqilab nəticəsində İranda şah hakimiyyəti devrildi. Həmin il yanvarın 4-də ailəsi ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalan Fərəh Pəhləvi (Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvi (Diba) əvvəlcə Misirdə, sonra Mərakeş, Baham adaları, Meksikada yaşayıb. Məhəmməd Rza Pəhləvinin Qahirədə vəfatından sonra Fərəh Pəhləvi ailəsi ilə birlikdə ABŞ-da məskunlaşıb. O, bütün həyatını “Xatirələr. Yıxılan rejimin və bitməyən eşqin hekayəti” adı altında fransız dilində qələmə alıb. Bestsellerə çevrilmiş bu kitabdan bəzi hissələri təqdim edirik:
Fərəh Pəhləvi
Xatirələr
Yıxılan rejimin və bitməyən eşqin hekayəsi
Tərcümə Nəriman Əbdülrəhmanlı
Fransa məxfi xidmətinin rəhbəri Aleksandr de Marenşe ərimlə Mərakeşdə görüşüb, ona ev sahibimiz Kral II Həsənin bizə görə necə təhlükə içində olduğunu başa salmışdı. Kral təkcə diplomatiya meydanında risqə getməklə qalmırdı, şəxsi həyatı da təhdid altındaydı, çünki cənab de Marenşeyə görə, Ayətullah Xomeyninin müridlərinə daha sonra bizimlə dəyişdirmək məqsədiylə kral ailəsinin ayrı-ayrı üzvlərini qaçırmaq əmri vermişdi. Cənab de Marenşe bu barədə Kral II Həsənə məlumat çatdırmış, o da cəsur cavab vermişdi: “Bu iyrənc təhdiddi, amma qərarımı dəyişdirə bilməz. Faciəvi dövr yaşayan bir adamı evimdə qonaq saxlamağı rədd eləyə bilmərəm”. Artıq sığınacaq üçün başqa yer tapmağımız lazım gəlirdi: vəziyyət gərginiydi. Fransa cənab de Marenşeyə görə, təhlükəsizliyimizə təminat verə bilməmək bəhanəsiylə bizi qəbul eləməkdən vaz keçmişdi. “İndi yox, amma gələcəkdə ola bilər”, - deyən İsveçrədən və oğlumuz Rzanın getdiyi Monako knyazlığından da eyni rədd cavablarını aldıq. Monako əvvəlcə qəbul eləmiş, sonra Fransanın təzyiqiylə vaz keçmişdi. Amerika qısaca “Sonralar bəlkə...” cavabını verdi. Sürgünümüzün əvvəlində İngiltərədə Marqaret Tetçerin qalib gəlsə, bizi qəbul eləyəcəkləri mesajını almışdım. Amma biz Baham adalarında olanda, baş nazir seçilmiş xanım Tetçer sözünün üstündə durmadı. Mənə deyildiyinə görə, xarici işlər naziri lord Karrinqton və İngiltərənin İran səfiri Entoni Parson xanım Tetçeri bizi qəbul eləməsinin ölkə maraqlarına zərər verəcəyilə əlaqədar dilə tutublar. Bəziləriylə daha sıx və dostyana olmaqla dünyadakı ölkələrin çoxuyla yaxşı əlaqələr qurmuşduq, indi hamısı bizə arxa çevirirdi. O qorxunc günlər ərzində gələn məktublarla təsəlli tapdıq. Məktubların bəziləri qorxu üzündən imza atmaqdan çəkinən iranlılardan gəlirdi; digərləri İranı sevən və iyirmi ildə təmin edilən irəliləməni görmüş əcnəbilərin göndərdikləri məktublarıydı; bəzi hökmdarlar və dövlət başçıları da yazırdılar, bunların hamısı hərarətli duyğularla dolu, bizi dərindən təsirləndirən, ancaq kişiyana məktublarıydı. Kral II Həsən öz təyyarəsini bizim ixtiyarımıza vermişdi və havaya qalxmaq üçün hansı tərəfə gedəcəyimizin bəlli olmasını gözləyirdi. Baham adalarının yalnız üç aylığa bizi qəbul eləyəcəyini elə o zaman öyrəndik. Ərimin dostu olan Henri Kissincerin səyləri nəticəsində son dəqiqədə bu sığınacağı tapmışdıq. Prezident Karterin xahişiylə Devid Rokfeller də bəzi köməkliklər göstərmişdi. Ərim, biz Mərakeşdə olduğumuz vaxt onun qəfildən ölən qardaşı, Amerikanın sabiq respublikaçı vitse-prezidenti Nelsonun dostuydu. Henri Kissincer və Devid Rokfeller Baham adalarının prezidentini Paradize İslanddakı tələsik tapdıqları bir villada bizi müvəqqəti qonaq eləmək üçün dilə tutmuşdular. Beləcə, 1979-cu il martın 30-da yanımızda anam, uşaqların həkimi Luiza Pirnia, Şahın təhlükəsizliyinə cavabdeh olan polkovnik Cahanbini, digər beş polkovnik Nəvisi, Nasiri, Həmraz, Məhəmmədi, Kambiz, Leylanın dayəsi xanım Gülruh və nəhayət, Şahın otaq xidmətçisi Mahmud Eliassiylə Baham adalarının paytaxtı Nassauya getmək üçün hərəkət elədik.
Ardı növbəti sayımızda...
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45

