/ / Yaponiya portalı Azərbaycan Prezidentinin YAP-ın 30 illiyi tədbirindəki nitqini geniş işıqlandırıb
Yaponiya portalı Azərbaycan Prezidentinin YAP-ın 30 illiyi tədbirindəki nitqini geniş işıqlandırıb
23.11.2022 [11:10]
Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) 30-cu ildönümünə həsr olunan tədbirdə nitqini geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, yapon və ingilis dilində yayımlanan məlumatlarda dövlətimizin başçısının nitqinin tam mətni, həm də burada vurğuladığı xüsusi məqamlar əksini tapıb.
Prezident İlham Əliyevə istinadla qeyd edilib ki, Azərbaycan məhz ulu öndər Heydər Əliyevin siyasi xəttini davam və inkişaf etdirərək güclü dövlət qurmağa nail olub: “Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir”.
Həmçinin məlumatlarda Azərbaycan dövlətinin fəaliyyətinin əsas mahiyyətinin Qarabağın azad olunmasına və tarixi ədalətin bərpa edilməsinə istiqamətləndirildiyi də qeyd edilib. Bildirilib ki, məhz Azərbaycan xalqı ilə Ordumuzun birliyi nəticəsində bu tarixi qələbə əldə edilib. Xalq ilə iqtidarın bir yumruq kimi birləşməsinin nəticəsi olaraq cəmi 44 gün ərzində düşmən torpaqlarımızdan qovulub.
Məlumatlarda Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda apardığı böyük bərpa və quruculuq işlərinə də xüsusi diqqət yetirilib. Azərbaycan dövlətinin başçısına istinadla qeyd edilib ki, məhz bu nəhəng quruculuq işləri nəticəsində xalqımızın həyatında yeni dövr başlayıb.
“Bu quruculuq işlərində hər birimiz böyük həvəslə, bir məqsədlə iştirak edirik ki, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytaraq, dağılmış şəhər və kəndləri tezliklə bərpa edək və bütün dünyaya bir daha göstərək ki, biz böyük xalqıq. Bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!”, - deyə dövlətimizin başçısına istinadla vurğulanıb.
Xəbər lenti
Hamısına baxGündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40

