“Qədim alimlər türk xalqları haqqında” kitabı ABŞ-da nəşr olunub
17.01.2023 [16:22]
Türkologiya sahəsində zəngin akademik təcrübəsi olan, ABŞ-ın Berneli Universitetinin keçmiş qonaq professoru, bir sıra kitabların müəllifi, dünyanın nüfuzlu universitetlərində, o cümlədən Stenford və Kaliforniya universitetlərində mühazirələr oxumuş, məruzə və çıxışlar etmiş tanınmış türkoloq A.Sanduçinin “Qədim alimlər türk xalqları haqqında” kitabı ABŞ-da “World Scholarly Press” tərəfindən iki cilddə nəşr olunub.
Bu barədə “Türkologiya” jurnalının məsul katibi Aysel Qəribli məlumat verib. Monoqrafiya “Ön söz”, səkkiz fəsil və biblioqrafiyadan ibarətdir. “Ön söz”də “türk” etnonimi, eləcə də ən qədim dövrlərdən başlayaraq türklərin daşımış olduğu müxtəlif adlar barədə yığcam məlumat verilir. Əsərdə latın əsaslı müasir türk əlifbası beynəlxalq ingilis əlifbası ilə müqayisədə təqdim edilir. Bu da əsərdə sıx-sıx verilmiş türk sözlərinin oxucuya, xüsusilə müxtəlifdilli mütəxəssislərə mümkün qədər düzgün fonetik tərkibdə çatdırılması məqsədi daşıyır.
Çoxsaylı, çoxdilli və son dərəcə zəngin mənbələrə əsaslanmış tədqiqatçı mükəmməl elmi-metodoloji quruluşu ilə seçilən monoqrafiyasında türklər (və türkologiya) üçün artıq müəyyənləşmiş, mübahisə doğurmayan məsələlərdən bəhs etməklə yanaşı, olduqca mübahisəli, polemik problemlərə geniş yer verir.
Birinci fəsildə türklərin Bibliyaya görə tarixşünaslığı araşdırılır. İkinci fəsildə bu qədim etnosun tanrıları, ana yurdları və ilkin tayfa diferensiasiyası barədə təsəvvür yaradılır, üçüncü fəsil isə türk tayfalarının qədim əlaqələrinə, etnik inteqrasiya məsələlərinə həsr olunub.
Türk və İran tarixşünaslığında tamamilə əks mövqelərdən yanaşılmış Midiya məsələsini A.Sanduçi məhz bir türkoloq olaraq həll edərək əsərin dördüncü fəslində göstərir ki, midiyalılar türk mənşəli olublar. Müəllif eyni fikri sonrakı, beşinci fəsildə skiflər, saklar, parfiyalılar, baktriyalılar, hunlar, sarmatlar və başqa xalqlar haqqında da deyir və bu zaman, təbii ki, qədim müəlliflərin mötəbər mülahizələrinə istinad edir.
“Qədim alimlər türk xalqları haqqında” kitabının altıncı fəsli qədim türklərin əlifba və yazı mədəniyyətindən bəhs edir. Yeddinci fəsildə isə doğrudan da, türk tarixinin unikal hadisəsi olub əsərdə də ətraflı təhlil edildiyi kimi, ictimai-siyasi (dövlətçilik), dini-ideoloji (mənəvi), iqtisadi-təsərrüfat və s. sahələrə nüfuz etmiş türk damğalarından söhbət açılır. Nəhayət, səkkizinci fəsildə qədim Amerika türklərindən bəhs olunur ki, bu mövzu son dövrlərdə türkologiyada xüsusi aktuallıq qazanıb.
A.Sanduçinin zəngin linqvistik, arxeoloji, etnoqrafik və s. materialların yer aldığı “Qədim alimlər türk xalqları haqqında” əsəri, heç şübhəsiz, türk xalqları tarixi ilə maraqlanan hər kəs üçün dəyərli töhfədir.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

