IDEA Bakıda oyuncaqların toplanması üçün əlavə ianə qutuları istifadəyə verib
24.01.2023 [11:06]
IDEA İctimai Birliyinin oyuncaqların təkrar istifadə üçün ianə edilməsi üzrə “Sevincini bölüş” xeyriyyə kampaniyası çərçivəsində Bakının daha iki məkanında toplanma qutuları yerləşdirilib.
“Gənclik Mall” Ticarət Mərkəzi ilə yanaşı, oyuncaq ianələrinin qəbulu üçün qutular “28 Mall” və “Dəniz Mall” ticarət mərkəzlərində də istifadəyə verilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən kampaniya çərçivəsində şəhərin müxtəlif yerlərində yerləşdirilən xüsusi ianə qutularına toplanacaq oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara təqdim ediləcək.
Həmin qutulara insanlar övladlarının artıq istifadə etmədikləri və paylaşmaq istədikləri oyuncaqları yerləşdirə bilərlər. Bu cür təkrar istifadə qutularına toplanan oyuncaqlar mütəmadi olaraq müxtəlif xeyriyyə təşkilatları və paylanma məntəqələri vasitəsilə uşaqlara paylanılacaq.
Məlum olduğu kimi, tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən bu sahədə geniş miqyaslı təbliğat və təşviqat tədbirləri, kağız və plastik tullantılarının, işlənmiş batareyaların toplanılaraq təkrar emala göndərilməsi, eləcə də geyim əşyalarının toplanılaraq təkrar istifadəyə göndərilməsi üzrə layihələr həyata keçirilir.
Digər məhsullar kimi, yüksək tələbata malik olan oyuncaqların da tullanması və çürüməsi ətraf mühitə zərərsiz ötüşmür. Bu, həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərərlə bağlıdır.
Bu xüsusda, IDEA İctimai Birliyi səhərimizin sakinlərini öz “sevincini bölüşməyə”, evlərində olan istifadəsiz, yararlı və saf qalan oyuncaqlarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa, eyni zamanda, həmin oyuncaqlara “ikinci həyat” verməklə təbiətə vurulan zərəri azaltmağa çağırır. İanə edilən oyuncaqları qutulara atmazdan əvvəl təmizlənməsi, qutulara kənar əşyalar və ya tullantılar atılmaması xahiş edilir.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

