QMİ Stokholmda Quranın yandırılmasını pisləyib - BƏYANAT
24.01.2023 [11:44]
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Stokholmda "Quranı-Kərim"in yandırılması ilə bağlı bəyanat yayıb
Qafqaz Müsəlmanları İdarəsi bəyan edir ki, yanvarın 21-də Stokholm şəhərində İsveç dövlətinin rəsmi icazəsi və himayəsi altında ultra-sağ “Sərt xətt” partiyasının başçısı tərəfindən, habelə Hollandiyada “Pegia” qrupunun lideri tərəfindən demokratiya və ifadə azadlığı şüarı altında İslam dininə, onun mübarək Peyğəmbərinə (s), Quranı-Kərimə, bütün müsəlmanlara qarşı törədilmiş həqarət aktları birmənalı olaraq nifrətə çağırış, insanların əqidəsinə və ləyaqətinə qarşı törədilən mənəvi cinayətdir.
Qeyd olunub ki, insan hüquqlarına, ləyaqətinə, millətlər və dinlər arasında qarşılıqlı ehtirama əsaslanan ədalətli, sülhsevər cəmiyyətlərin qurulması yolunda səylər göstərildiyi bir zamanda dünyada artmaqda olan islamofobiya təzahürləri, İslamı və müsəlmanları hədəf alan nifrət çağırışları və təhqir əməlləri bizim hədsiz narahatlığımıza və etirazımıza səbəb olur:
"Belə halların özünü demokratiya carçısı, “söz azadlığı”nın beşiyi kimi qələmə verən bəzi Avropa ölkələrində cərəyan etməsi, üstəlik, bilavasitə dövlət qurumları tərəfindən izn verilərək şərait yaradılması olduqca üzücüdür. İki milyarda yaxın ardıcılı olan İslam dinini hədəf alan bu təhqir aktını qətiyyətlə pisləyir və bəyan edirik ki, artıq dəfələrlə törədilən və bu gün də törədilməkdə olan bu kimi alçaq əməllərin məqsədi beynəlxalq miqyasda ekstremizmə təkan vermək, terroru təşviq etməkdır. Dini zəmində qarşıdurmaya təşviq edən belə çağırış, təcavüz və zorakılığa təhrik edən bu cür əməllər bəşəri təhlükəyə çevrilməkdədir. Dindən siyasi məqsədlər üçün sui-istifadə halları, ksenofobiya təzahürləri cəmiyyətlərin və dövlətlərin daxili sabitliyini pozmağa, qarşıdurma və nifaq yaratmağa xidmət edir.
Qafqaz Müsəlmanları İdarəsi – dini mərkəz olaraq bütün dünya ölkələrini, beynəlxalq təşkilatları və dini qurumları törədilən əməli qətiyyətlə qınamağa və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, dindən sui-istifadə edən ekstremizm, ksenofobiya hallarını, inancından, əqidəsindən asılı olmayaraq insanların mənəvi dəyərlərinə, dini rəmzlərinə və şəxsiyyətlərə, dinlərin müqəddəs məkanları və atributlarına qarşı nifrət çağırış və təhqir hallarının baş verməməsi üçün daha ciddi səy göstərməyə çağırırıq. Bir daha vurğulamaq istəyirik ki, söz azadlığı heç də mənəvi hisslərə toxunmaq, nifrətə çağırışlara təhrik etmək deyil, əksinə, insanları mənəviyyata dəvət etmək olmalıdır. Dünya hamımızın ümumi evidir və bu evdə əmin-amanlığı qorumaq hər birimizin vəzifəsi və borcudur.
Uca Yaradan dünyanı bəla və nadanlıqlardan qorusun! Amin!"
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

