Beynəlxalq Gömrük günüdür
26.01.2023 [10:22]
Günel
26 yanvar Beynəlxalq Gömrük Günüdür. Beynəlxalq Gömrük Günü 1983-cü ildən bəri dünyanın bir sıra ölkələrində qeyd olunur. İlk dəfə 26-27 yanvar 1952-ci ildə Brüsseldə 17 Avropa ölkəsinin gömrük xidməti nümayəndəsinin iştirak etdiyi Gömrük Əməkdaşlığı Birliyinin təsis konfransı keçirilib. Konfransın ikinci günü gömrük əməkdaşlığı haqqında Konvensiya qəbul edilib və elə həmin gündən sozügedən Konvensiya qüvvəyə minib.
Dünyada gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, ümumdünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılmaqdadır. Məlumdur ki, hər bir ölkənin dövlətçiliyi sərhəddən başlayır, mükəmməl siyasətin əsas konturları elə sərhəd dirəkləri ilə müəyyənləşir. Azərbaycanın daim artan nüfuzu gömrük orqanlarında uğurların təminatçısı olmuş, dövlətin milli maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin keşiyində dayanan, sosial-iqtisadi inkişafı stimullaşdıran nüfuzlu bir orqana çevrilməsində əvəzolunmaz rol oynamışdır. Etibarlı gömrük xidməti isə hər bir zaman dövlətçiliyin mühüm və əhəmiyyətli amillərindən biri hesab olunur. Azərbaycan dövlətinin iqtisadi strategiyasının həyata keçirilməsində, dövlətçilik təməlinin möhkəmləndirilməsində gömrük xidməti önəmli mövqeyə malikdir.
Azərbaycan Respublikası öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Gömrük Komitəsi yaradıldı. Lakin ölkədə yaranmış gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi. Yarandığı ilk illərdən milli gömrük sistemi diletantların sayəsində irəli getmək əvəzinə günü-gündən gerilədi. Qeyri-peşəkar kadrlar, sovetlərdən qalma gömrük qanunvericiliyi, köhnə inzibati binalar, ən sadə texniki vasitələri belə olmayan keçid məntəqələri - bütün bunlar o dövrün gerçəklikləri idi.
1993-cü ildə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə gələn ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoydu. Həmin vaxtdan başlayaraq, respublikanın ictimai-siyasi həyatında baş verən müsbət dəyişikliklər, siyasi və iqtisadi sahələrdə islahatların ardıcıl şəkildə aparılması, dövlətin bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığını nəzərdə tutan vahid iqtisadi strategiya formalaşdırıldı. Yeni tarixi şərait, ölkəyə investisiya təyinatlı malların idxalının artımı xarici iqtisadi fəaliyyəti tənzimləyə biləcək çevik gömrük siyasətinin həyata keçirilməsini, bazar iqtisadiyyatına keçid dövründə sahibkarlığa sağlam rəqabət şəraitinin yaradılmasını tələb edirdi.
Öz fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində qurmağa çalışan Dövlət Gömrük Komitəsi son illər xarici ölkələrin gömrük orqanları ilə işgüzar əlaqələr yaratmaqla əməkdaşlığı genişləndirmiş, dünyanın qabaqcıl ölkələrinin təcrübələrindən bəhrələnməklə milli gömrük qanunvericiliyinin tələblərinə uyğun respublikamızın iqtisadi təhlükəsizliyinin, suverenliyinin və maraqlarının qorunmasında, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyasında, iqtisadi islahatların dərinləşdirilməsində, dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşdırılmasında mühüm rol oynayır. Nəticə etibarilə, gömrük siyasəti xarici əlaqələrdə öz əksini taparaq iqtisadiyyatın möhkəmlənməsinə və genişlənməsinə xidmət edir. Dünyanın inkişaf etmiş ölkələrinin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycan gömrük sisteminin uğurlu gələcəyindən xəbər verir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Ümumdünya Gömrük Təşkilatına 1992-ci ilin iyun ayından üzv qəbul edilmişdir. Eyni zamanda, Dövlət Gömrük Komitəsi 1999-cu ildən ÜGT-nin Maliyyə Komitəsində, 2000-ci ildən isə ÜGT-nin ali orqanı-Siyasi Komissiyasında, 2002-ci ildən isə Gömrük Əməkdaşlıq Komitəsində təmsil olunmuşdur.
Beləliklə, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, onun diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından birinə çevrilmiş gömrük xidmətinin Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında vüsətli inkişafından çox böyük fərəh və iftixar hissi ilə danışmaq olar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25

