Milli Məclis: Bu xain hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür
27.01.2023 [16:26]
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktına Milli Məclis münasibət yayıb.
Milli Məclisdən verilən xəbərə görə, bildirilir ki, Milli Məclisi 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktını qətiyyətlə pisləyir.
"Bu xain hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür. 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq, yerləşmə ölkəsi diplomatik nümayəndəliklərin mühafizəsini, onların əməkdaşlarının təhlükəsizliyini təmin etməyə borcludur.
Təəssüflə qeyd edilməlidir ki, son dövrdə İran İslam Respublikasında ölkəmizə qarşı qarayaxma və hədə-qorxu kampaniyasına geniş rəvac verilmişdir. Bununla əlaqədar Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı ehtimal oluna bilən hücumlara yol verməmək üçün qabaqlayıcı tədbirlərin görülməsi İran hüquq mühafizə orqanlarının diqqət mərkəzində olmalı idi. Belə bir şəraitdə silahlı şəxsin xüsusi mühafizə rejimi tətbiq edilən Səfirliyin inzibati binasına maneəsiz daxil ola bilməsi ciddi suallar doğurur.
Biz İran tərəfindən bu qəddar hücumun səbəbləri barədə verilən bəyanatları qeyri-qənaətbəxş hesab edirik. Bu terror aktının hərtərəfli və dərindən araşdırılmasını, bütün təqsirkarların və qanlı cinayət əməlinin arxasında dayananların müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını, eləcə də diplomatik nümayəndəliyə qarşı qəbuledilməz olan terror hücumuna gətirib çıxarmış halların aşkar olunmasını tələb edirik.
Hamıya məlumdur ki, Azərbaycan uzun illərdən bəri terror aktlarına məruz qalan ölkədir. Ancaq bu qanlı cinayət əməllərinin nəticələri nə qədər ağır olsa da, Azərbaycan dövlətini müstəqil daxili və xarici siyasət yolundan geri döndərə bilməmişdir və döndərə də bilməz. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının sifarişçiləri, təhrikçiləri və icraçıları da əmin olsunlar ki, heç bir halda öz çirkin niyyətlərinə nail ola bilməyəcəklər.
Səfirliyin və Səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olmuş şəhidimizə Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq".
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51

