İstintaq necə aparılmalıdır?
28.01.2023 [10:25]
Azərbaycanın İrandakı səfirliyinə hücum pislənilir...
Nicat Dilqəmli
Azərbaycanın İrandakı səfirliyinə edilən hücum qətiyyətlə pislənilir. Qardaş ölkə Türkiyədən gələn ilk dəstəyin ardından İsrail XİN, Rusiya XİN, Ukayna XİN, Gürcüstan XİN, Slovakiya XİN, Moldova XİN, Səudiyyə Ərəbistanı XİN, BƏƏ XİN və digər ölkələrin xarici işlər nazirlikləri, eləcə də ABŞ -ın, Fələstinin, İtaliyanın və Əfqanıstanın ölkəmizdəki səfirlikləri, Aİ-nin Azərbaycandakı nümayəndəsi, TDT, GUAM hücumu terror aktı olaraq dəyərləndirərək, həlak olan və yaralanan əməkdaşlar üçün dərindən kədərləndiklərini bildiriblər. Bəyanatlarda mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumların beynəlxalq humanitar hüquqa əsasən qəti şəkildə qadağan olduğu diqqətə çatdırılıb.
Səfirliyimizə edilən hücum dünya ictimaiyyətində geniş müzakirələrin açılmasına səbəb olub. İstər yerli, istərsə də xarici ekspertlər baş vermiş hadisəni terror aktı olduğundan əmin olduqlarını qeyd edirlər. Bu isə heç də təsadüfi deyil.
Digər önəmli məqam isə hadisənin səbəblərinin araşdırılması prosesidir. Hüquq müdafiəçiləri Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının da istintaqda iştirak etməsinin vacibliyini xüsusi qeyd edirlər. Ekspertlər hesab edirlər ki, Azərbaycan ərazisində törədilən bu terror hadisəsinin istintaqında İranın hüquq-mühafizə orqanları ilə yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarının, eyni zamanda, prokurorluq əməkdaşlarının iştirakı olduqca əhəmiyyətlidir.
Məlum olduğu kimi, bu günə qədər İranla Azərbaycan arasında bir çox sahədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini özündə ehtiva edən yüzlərlə sənəd imzalanıb. Bu yerdə Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin ötən ilin avqust ayında Tehrana işgüzar səfərini xatırlatmaq yerinə düşər. Belə ki, İranın daxili işlər naziri Əhməd Vəhidi ilə görüşdə təhlükəsizlik və hüquq-mühafizə fəaliyyəti sahəsində qarşılıqlı əməkdaşlıq məsələsi də müzakirə edilən mövzulardan olub.
Məsələ ilə bağlı sualımızı cavablandıran Demokratiya və İnsan Hüquqları komitəsinin sədri Çingiz Qənizadə “Yeni Azərbaycan” qəzetinə açıqlamasında İran tərəfinin istintaqla bağlı bizi tez-tez məlumatlandırmalı olduğunu deyib.
Artıq məsələ ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) və Baş Prokurorluqda cinayət işi açılıb. DTX verilən məlumata görə, faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanılmışdır. Hazırda istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Nəticə etibarı ilə baş vermiş terror hadisəsi ilə bağlı İran dövləti Azərbaycana bildirməli, hadisənin hansı səbəbdən baş verdiyi haqda hesabat verməlidir.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

