Gecə saat 1-də telefon zəng çaldı...
08.02.2023 [10:28]
Heydər Əliyev əsrinin 23-cü ili
“Heydər Əliyeviç dedi ki, əgər Həsənov gecə saat 1-də MK-ya gəlib məktuba tarix qoysa, o, ömründə bir daha imza atdığı kağıza tarix qoymağı unutmayacaq”
“Gəncədə işləyərkən mən sonradan Heydər Əliyeviçlə razılaşdırmaq üçün bir sıra təkliflər hazırlamışdım. Bakıya gəlməmişdən əvvəl MK-ya zəng vurub, “birinci”nin qəbuluna yazıldım. Mənə zəng vurub dedilər: “Heydər Əliyeviç sizi filan gün, saat filanda qəbul edəcək”. Görüş vaxtı mən öz təkliflərimi bildirdim, Heydər Əliyeviç onları bəyəndi.
Mən onun çoxsaylı suallarını da cavablandırdım. Uzun sürən söhbətimizin sonunda o dedi: “Yaxşı, hər şeyi yazılı şəkildə izah et, mən sənin məsələni həll edim”. Mən cavab verdim: “Mən artıq hər şeyi yazmışam”. - “Onda onu Yakov Mixayloviçə ver, mən bir azdan sənədləri nəzərdən keçirəcəyəm, dərkənar qoyaram”. Heydər Əliyevin yanından xeyli gec çıxdım, gecə saat 12-yə işləyirdi. Görüşdəki uğurumdan qanad açaraq Azərbaycan Kommunist Partiyası MK-sının Ümumi şöbəsinin müdiri Yakov Mixayloviç Kirsanovun yanına gəldim, kağıza qol çəkib işin mahiyyətini ona izah etdim və evə yollandım. Vəzifəmi yerinə yetirdiyim üçün yüksək əhval-ruhiyyə ilə evə gəlib şam yeməyi yedim, yatmağa hazırlaşdım. Gecə saat 1-də telefon zəng çaldı. Dəstəyi qaldırıram Yakov Mixayloviç Kirsanovdur. “Sizin mənə verdiyiniz kağızda imza var, ancaq tarix qoymamısınız”. -”Bağışlayın, Yakov Mixayloviç, mən Heydər Əliyeviçin yanından elə qanadlanıb çıxdım ki, hər şeyi unutdum. Sabah səhər gəlib, sənədə tarix qoyaram”. - “Yox, sabah olmaz, indi gəlmək lazımdır”. - “Nə üçün? Siz mənim kağızımı gecəylə nə edəcəksiniz?” - “Mən heç bir şey eləməyəcəyəm. Heydər Əliyeviç dedi ki, əgər Həsənov gecə saat
1-də MK-ya gəlib məktuba tarix qoysa, o, ömründə bir daha imza atdığı kağıza tarix qoymağı unutmayacaq”. Doğrudan da, bu sanki adi, gündəlik hadisəni mən ömrüm boyu unutmadım. Sonralar özüm də tabeçiliyimdə olanlara bu metodu tətbiq etdim ki, onlar da yadda saxlasınlar, işi başqa cür yox, məhz belə icra etmək lazımdır. Təkcə tarix qoymaqla iş bitmir, başqa pintiliyə də yol verməsinlər”.
Elmira Axundovanın “Şəxsiyyət və zaman” kitabından
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

