Daşkəsən rayon İH başçısı Əhəd Abıyev səyyar qəbul keçirib
08.02.2023 [12:40]
Fevralın 8-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin və sakinlərin iştirakı ilə Yuxarı Daşkəsən qəsəbəsində vətəndaşların növbəti səyyar qəbulunu keçirib. Bu barədə yeniazerbaycan.com-a Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev məlumat verib.
Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev çıxış edərək son illərdə respublikamızın, o cümlədən Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı, problemlərin həlli üçün görülən ardıcıl tədbirlər, əhalinin sosial rifah halının yaxşılaşdırılması sahəsində ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi davamlı sosial layihələr barədə sakinlərə məlumat verib. İcra başçısı həmçinin qarşıda duran vəzifələrdən və Yuxarı Daşkəsən qəsəbəsində görülən işlərdən danışıb. Qeyd edib ki, qəsəbə əhalisi bu gün fasiləsiz elektrik enerjisi, qaz, rabitə ilə təmin olunur. Habelə 200 şagird yerlik qəsəbə tam orta məktəbinin binası yenidən tikilərək istifadəyə verilib, ərazidə abadlıq işləri aparılıb, çoxsaylı qəsəbə sakinlərinin müraciətləri nəzərə alınaraq ötən il qəsəbəyə əlavə içməli su xətti çəkilib.
Sonra sakinlərin fərdi qaydada müraciətləri dinlənilib. Müraciətlər qəsəbə daxili yolların asfaltlaşdırılması, uşaq bağçasının əsaslı təmir edilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
İcra başçısı Əhəd Abıyev sakinlərin qaldırdıqları məsələlərin icrası ilə əlaqədar aidiyyəti idarə, müəssisə və təşkilatlara tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib. Həlli Rayon İcra Hakimiyyəti strukturundan asılı olmayan məsələlərlə bağlı yuxarı orqanlara müraciət edilməsi nəzərdə tutulub.
Qəsəbə sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxElm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38

