Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ağdamda ekskavator minaya düşüb, xəsarət alan var

Ağdamda ekskavator minaya düşüb, xəsarət alan var

18.03.2023 [18:43]

Ağdamda ekskavator minaya düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində qeydə alınıb.

Kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib.

Hadisə zamanı E.Yusifov yüngül dərəcəli bədən xəsarətləri alıb, texnikaya ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 649 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31