Qərəzli mövqe, əsassız iddialar
18.05.2023 [11:22]
ABŞ Dövlət Departamenti faktları görməzdən gəlir
Nicat Dilqəmli
Dinindən, dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi Azərbaycanın dövlət siyasətində xüsusi olaraq diqqət mərkəzində saxlanılan məsələlər sırasında ilk yerdə qərarlaşıb. Artıq uzun illərdir ki, ölkəmizdə bütün dinlərin, millətlərin nümayəndələri mehribanlıq, dostluq şəraitində yaşayır. Azərbaycandakı tolerantlıq nümunəsi 44 günlük Vətən müharibəsi dövründə özünü bir daha aydın şəkildə göstərmiş oldu. Etnik mənsubiyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq bütün vətəndaşlar Ali Baş Komandanın Dəmir yumruğu ətrafında sıx şəkildə birləşərək həmrəylik nümayiş etdirdi. Təkcə bu nümunə ölkədəki tolerantlıq mühitinin hansı səviyyədə olduğunu başa düşməyə kifayət edir. Bundan başqa, 30 illik işğal dövründə Ermənistan tərəfindən qədim abidələrimizin, məscidlərimizin dağıdılması, təhqir olunması kimi bir çox faktlar barədə də dünya ictimaiyyəti məlumatlıdır. Ermənistandan fərqli olaraq ənənəvi prinsiplərə sadiqlik nümayiş etdirən Azərbaycan işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində bütün tarixi abidələrə hörmətlə yanaşaraq onları bərpa edir, abadlaşdırır. Analoji nümunələrin siyahısını istənilən qədər uzatmaq olar.
Lakin görünən odur ki, hansısa maraqlı dairələr bu reallığı görməkdən nədənsə boyun qaçırır, ölkəmizdə erməni dini abidələrlə bağlı hansısa əsassız iddialar səsləndirir. Təbii ki, bu kimi əsassız iddialar qərəzdən, anti-Azərbaycan siyasətindən başqa bir şey kimi qiymətləndirilə bilməz. Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamentinin bu günlərdə dərc etdiyi dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı kimi. Hesabat da Azərbaycan və Ermənistana dair hissələr yer alır. Hər iki hissə mahiyyəti üzrə qeyri-obyektiv olmaqla açıq-aşkar anti-Azərbaycan xarakteri daşıyır.
Bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb. Qeyd olunub ki, Azərbaycanda erməni dini abidələri ilə bağlı əsassız iddialara geniş yer verən Dövlət Departamenti nədənsə Ermənistandan azərbaycanlıların etnik və dini nifrət zəminində tamamilə qovulması, bu ölkədə vaxtilə dövlət tərəfindən qeydiyyatdan keçmiş 300-ə yaxın məscidin, azərbaycanlılara məxsus bütün digər dini və mədəni irsin dağıdılması faktlarını görməzdən gəlir.
Bəyanatda oxuyuruq: “Dövlət Departamentinin sözügedən hesabatında Azərbaycan ilə bağlı iddiaların yeganə mənbəyi kimi ABŞ-ın Kornel Universitetinin, əslində isə “Ümumerməni Xeyriyyə İttifaqı”, “Aragats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin (L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyan) yazdıqları iftiranın göstərilməsi bu hesabatın qərəzli olmasını sübut edir. Biz ABŞ Dövlət Departamentini hesabatın həmin hissələrini redaktə etməyə, əsassız iddiaları çıxarmağa və Ermənistanda tüğyan edən azərbaycanofob meyilləri, Azərbaycanın dini və mədəni irsinin, o cümlədən məscidlərin və qəbiristanlıqların dağıdılması kimi dini azadlıqların sistematik şəkildə pozulması faktlarını əks etdirməyə çağırırıq. Həmçinin ABŞ hökumətini Ermənistanı sözügedən irsi dağıtmasını dayandırmağa və artıq dağıtmış olduqlarını bərpa etməyə məcbur etmək üçün səylər göstərməyə çağırırıq. Nəhayət, ümid edirik ki, bizim ABŞ-ın dövlət katibi Antoni Blinkenə müraciətimizə uyğun olaraq, ABŞ hökuməti Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarının təmin edilməsi, qayıtdıqdan sonra onların orada hüquq və azadlıqlarının, o cümlədən dini azadlıqlarının qorunması üçün müvafiq səylər göstərəcək”.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzeti ilə bölüşən siyasi şərhçi Tural İsmayılov ABŞ Dövlət Departamentinin Azərbaycan əleyhinə hazırladığı hesabatların hər zaman qərəzə söykəndiyini diqqətə çatdırıb. Politoloq vurğulayıb ki, bu günə qədər 30 illik işğal dövründə Ermənistanla Azərbaycanı hər zaman tərəzinin eyni gözündən dəyərləndirən ABŞ Dövlət Departamenti demokratiya, insan hüquqları və eyni zamanda, bir çox digər məsələlərlə bağlı Azərbaycanı daim fərqli nöqtələrə qoyub: “Bu gün Azərbaycan multikulturalizmə, dini dözümlülüyə və etnik kimliklərə olan hörmətə görə dünyanın önəmli ölkələrindən biridir. Azərbaycanda dini inancından, etnik kimliyindən fərqli olmayaraq hər bir kəs rahat, azad, bərabərhüquqlu şəkildə yaşayır və dövlət tərəfindən, Konstitusiya ilə vətəndaşların bütün hüquqları qorunur. Bütün bunlara baxmayaraq, ABŞ Dövlət Departamentinin hazırladığı hesabatda Azərbaycanda dini azadlıqla bağlı vəziyyəti məqsədli şəkildə təhrif etməsi, reallığa və situasiyaya uyğun olmayan hansısısa məsələlərin qeyd edilməsi ABŞ Dövlət Departamentinin ənənəvi ədalətsizlik və qeyri-səmimilik siyasətindən əl çəkmədiyini göstərir”.
ABŞ-nin bu cür əsassız dırnaqarası hesabatlara istinad etməsinin başadüşülən olmadığını deyən T.İsmayılov fikirlərinə belə davam edib: “Təəssüflər olsun ki, bu məsələdə ABŞ reallığa uyğun davrana bilmir. Ermənilər tərəfindən indiyə qədər Azərbaycanın mədəni-dini abidələrinə qarşı həyata keçirilmiş vandallıqlara qarşı normal reaksiya verməyən ABŞ-nin Azərbaycanda dini azadlıqla bağlı hansısa uydurma dairələrin məqsədli şəkildə hazırladığı hansısa yalançı hesabatlara istinad etməsi isə ABŞ demokratiyasının və xarici siyasətinin hansı səviyyədə olduğunu göstərir”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17

