Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qobustanda 5 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi açılıb

Qobustanda 5 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi açılıb

22.05.2023 [10:31]

Qobustanda 5 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı cinayət işi açılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

Qeyd edilib ki, hadisə bu gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, “KİA” markalı, 77-KX-479 avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxaraq səkiyə dəyib. Bu zaman nəqliyyat vasitəsi aşıb. Nəticədə 1-i azyaşlı olmaqla 5 nəfər vəfat edib. Xəsarət alan 1 nəfər isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

“Hazırda qəza zamanı ölən şəxslərin şəxsiyyəti müəyyənləşdirilir”, - DYP-dən bildirilib.

Paylaş:
Baxılıb: 475 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31