UNESCO-dan cavab...
24.05.2023 [10:31]
Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələ təşkilatın mandatına birbaşa aiddir
Nardar BAYRAMLI
Qərbi Azərbaycan İcması 2023-cü il martın 27-də Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) müraciət edərək, indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin kütləvi dağıdılması faktlarına diqqəti çəkmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdi. İcma bu mövzuya beynəlxalq diqqəti cəlb etmək və UNESCO-nun bu məsələ ilə məşğul olmağa başlamasını təmin etmək üçün müvafiq xarici dövlətlər, beynəlxalq və regional təşkilatlar ilə davamlı təmaslar aparıb.
İcmanın mətbuat xidmətindən verilən məlumata görə, artıq UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verib: “Bu kontekstdə, UNESCO İcmanın müraciətinə nəhayət rəsmi cavab verib. Təşkilatın rəhbər şəxsinin imzaladığı məktubda indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə İcmanın qaldırdığı məsələnin
UNESCO-nun mandatına birbaşa aid olduğu vurğulanmış və bu sahədə müvafiq mexanizmlərdən istifadə etməklə məsələ ilə yaxından məşğul olduğu bildirilib”.
Qeyd edək ki, martın 27-də Qərbi Azərbaycan İcmasının rəhbər heyətinin, ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların UNESCO-nun Baş direktoru Odri Azuleyə etdiyi müraciətdə Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasından dərin narahatlıq ifadə olunur və Ermənistandakı azərbaycanlı mədəni irsinin vəziyyətinin monitorinqi üçün faktaraşdırıcı missiya göndərmək xahiş edilirdi. 1989-cu ildə yaradılmış təşkilat indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olur. Azərbaycanlılar bir vaxtlar mütləq əksəriyyəti təşkil etdikləri Ermənistandan tamamilə qovulublar. Onların indiki Ermənistan ərazisindəki tarixi və mədəni irsi, o cümlədən məscidləri və qəbiristanlıqlar kütləvi miqyasda dağıdılıb.
Ermənistan hökuməti Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini bilavasitə hərəkətləri ilə və azərbaycanlılara qarşı etnik ayrı-seçkiliyi təşviq edən təbliğat aparmaqla dağıdıb və ya ona zərər vurub. Dağıntı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən əvvəl, onun zamanı və ondan sonrakı dövrdə baş verib. Ermənistandakı Azərbaycanın mədəni irsinin demək olar ki, hamısı hərbi əməliyyatların təsiri olmadan, əvvəlcədən planlaşdırılmış şəkildə məhv edilib. Başqa sözlə, Azərbaycan mədəni irsinin məhv edilməsinin hərəkətverici qüvvəsi Ermənistan hökumətinin mono-etnik və tək-mədəniyyətli məkanın yaradılmasına yönəlmiş sistematik irqi ayrı-seçkilik siyasəti olub və təəssüf ki, bu mənfur hədəfləri reallığa çevrilib.
Ermənistanın azərbaycanlıların mədəni irsinə qarşı törətdiyi qanunsuzluqlara irs nümunələrinin mənimsənilməsi və təhrif edilməsi də daxildir. Ermənistanda salamat qalmış yeganə məscid olan paytaxt İrəvandakı Göy Məscid qəsdən yanlış şəkildə “fars məscidi” kimi təqdim edilir. Əslində, məscidi inşa edən və əsrlər boyu orada ibadət edənlər o vaxt şəhərdə mütləq əksəriyyəti təşkil etmiş azərbaycanlılar olublar. Ermənistan hökuməti orada Azərbaycan mədəniyyətinin son izlərini silməkdə davam edir. İrəvan şəhərinin Təpəbaşı məhəlləsi şəhərin tarixi mərkəzinin bu günə qədər gəlib çatmış yeganə parçasıdır. Bu məhəllə XVII əsrdən bu günə qədər İrəvanın tarixi yaddaşını özündə saxlayır. Tarixən azərbaycanlıların məskunlaşdığı Təpəbaşı məhəlləsi indi məhv olmaq təhlükəsi altındadır. Ermənistan hakimiyyət orqanları məhəlləni tamamilə sökmək üzrədir. Müraciətdə ermənilərin azərbaycanlıların Göyçə aşıq məktəbinə qarşı addımları haqda da məlumat verilib.
Mədəni irsin qorunması təkcə beynəlxalq humanitar hüququn deyil, həm də Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qəbul edilən əsas hüquqlarının təmin edilməsindən irəli gələn tələbdir. Mədəni irsdən bəhrələnmək qovulmuş insanların ləyaqətlə qayıtması yanaşmasının əsas elementlərindəndir. Mədəni hüquqların, yəni bütün müxtəlifliyi ilə insan yaradıcılığının və onun həyata keçirilməsi, inkişaf etdirilməsi, əlçatan edilməsi, qorunub saxlanılması və mühafizəsi üçün şəraitin təmin edilməsi əsas hüquqlarımızın ayrılmaz bir hissəsidir. Bu baxımdan, Ermənistan Qərbi azərbaycanlıların qayıdışından əvvəl, qayıdış dövründə və sonra bu hüquqları təmin etmək üçün öhdəlik daşıyır. Bütün bunları nəzərə alaraq, mədəni irsimizin bərpası və qorunmasında UNESCO öz dəstəyini verməlidir.
Qeyd edək ki, bir neçə gün öncə isə BMT Katibliyi Qərbi Azərbaycan İcmasının UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı məktubu BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. İcmanın rəhbər heyətinin, Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların imzaladığı müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, çin, ərəb və ispan), adı çəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.
UNESCO Qərbi Azərbaycan İcmasının müraciətinə rəsmi cavab verməsi çox önəmlidir. Təşkilatın mətbuat xidmətinin bu barədə açıqlamasında qeyd edilir ki, UNESCO-nun İcmaya göndərdiyi bu məktub indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsi məsələsinin beynəlxalq gündəliyə gətirilməsi, bu sahədə praktik addımların atılması və beynəlxalq aləmdə İcmanın mötəbər tərəf-müqabil kimi tanınması, o cümlədən, UNESCO ilə İcma arasında predmetli dialoq yolunda mühüm inkişafdır. İcma indiki Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılmasının dayandırılması və dağıdılmış olanların bərpası üçün beynəlxalq hüququn normaları və mexanizmləri çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16

