Azərbaycan BMT-ni Ermənistana təzyiq göstərməyə çağırıb
24.05.2023 [14:55]
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan tərəfindən əsir götürülmüş azərbaycanlı əsgərlər Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğlu bağlı BMT Baş katibinə ünvanlandığı məktubu BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının sənədləri kimi yayılıb.
Məktubda əlverişsiz hava şəraiti ilə əlaqədar yollarını azaraq itkin düşmüş, daha sonra Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş, işgəncə və digər qeyri-insani davranışlara məruz qalmış, barələrində qurama məhkəmə işi qurulmuş Azərbaycan Ordusunun əsgərlərinin Ermənistan tərəfindən beynəlxalq humanitar hüquqa və öhdəliklərinə zidd olaraq Azərbaycana geri qaytarılmaması barədə ciddi narahatlıq ifadə olunur.
Sosial şəbəkələrdə və digər ictimaiyyətə açıq mənbələrdə törədilmiş işgəncə və digər cinayət əməllərinin sübut olunmasına baxmayaraq, Ermənistan tərəfinin bu əməlləri törədənləri cəzalandırmaq əvəzinə, Azərbaycan əsgərlərindən sövdələşmə subyekti kimi istifadəyə cəhd etməsi BMT Baş Katibinin diqqətinə çatdırılır.
Bu məqsədlə, Azərbaycan əsgərləri ilə bağlı qondarma ittihamlarda “Məhkəmə prosesi”nin təşkil edildiyi və Aqşin Bəbirov barədə 11 il 6 ay 15 gün həbs qərarının verildiyinə etiraz bildirilir.
Məktubda əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı Ermənistan rəsmiləri tərəfindən bir-biri ilə ziddiyyət təşkil edən açıqlamaların verildiyi və bu cür məsuliyyətsiz davranışı ilə Ermənistanın beynəlxalq humanitar hüquqa və humanizm prinsiplərinə məhəl qoymadığının bir daha nümayiş etdirildiyi qeyd olunur.
Ermənistan tərəfinin bu məsuliyyətsiz addımla ölkəmizin erməni əsirlərinin, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq erməni hərbçinin qeyd-şərtsiz dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirlərinə qarşılıq verməməsinin Ermənistanın bölgədə barışıq və etimad yaradılması tədbirlərində maraqlı olmadığını göstərdiyi diqqətə çatdırılır.
Ermənistan tərəfinin bütün bu təxribatçı addımlarının beynəlxalq ictimaiyyətin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi ilə bağlı səylərini artırdığı dövrə təsadüf etdiyi xatırlanır. Məktubda bildirilir ki, Ermənistan tərəfindən təşkil olunmuş qondarma “məhkəmə prosesi” iki ölkə xarici işlər nazirləri arasında Vaşinqtonda 4 gün davam edən danışıqlardan bir neçə gün sonra, Avropa İttifaqı və digər tərəfdaşların vasitəçiliyi ilə iki ölkənin dövlət başçılarının görüşü ərəfəsində baş vermişdir.
Məktubun sonunda BMT Baş Katibi Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyəti pisləməyə və bu cür təxribatların dərhal dayandırılması, bu ölkənin öz beynəlxalq öhdəliklərinə uyğun olaraq girovluqda olan Azərbaycan əsgərlərini ləyaqət və həyatlarına hörmət prinsipi əsasında dərhal qeyd-şərtsiz azad etməsi üçün Ermənistana təzyiq göstərməyə çağırılır.
Məktubla BMT-nin aşağıdakı səhifəsində tanış olmaq mümkündür: https://documents-dds-ny.un.org/doc/UNDOC/GEN/N23/134/36/pdf/N2313436.pdf?OpenElement
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

