Türkiyə öz gücünü bir daha sübut edəcək
25.05.2023 [11:10]
İkinci səsvermədən gözləntilər böyükdür
Günel ABBASOVA
Türkiyədəki seçkilərin ikinci mərhələsi Azərbaycanda diqqət mərkəzindədir. İlk növbədə ona görə ki, Türkiyə bizə qardaş dövlətdir və Azərbaycanda sosial və siyasi statusundan asılı olmayaraq heç bir vətəndaş orada baş verən hər hansı hadisəyə biganə qala bilməz. Biz bunu baş vermiş son zəlzələ zamanı daha aydın gördük. Bizim cəmiyyətimiz bu faciəyə dərhal reaksiya verdi və demək olar ki, hər bir vətəndaşımız qardaş ölkənin ehtiyaclarının qarşılanmasında hansısa formada iştirak etməyə çalışdı...
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvü Vüqar İskəndərov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Türkiyə bizə hər zaman əziz olub: “Bu, bir tarixi reallıqdır və biz həmişə qardaş ölkədə baş verən ictimai-siyasi prosesləri yaxından izləmişik. Necə ki, Türkiyə ictimai rəyi də Azərbaycanla çox yaxından və səmimi formada maraqlanır. Təbii ki, bu baxış bucağından fikir söyləyəndə bizim üçün qardaş dövlətin nailiyyətləri daha xoşdur. Türkiyə bu gün bir geosiyasi güc mərkəzi və dünyada söz sahibi olan dövlətdir. Bu, bizi sevindirməyə, qürurlandırmaya bilməz. Türkiyənin belə bir statusa transformasiya etməsi məhz prezident Rəcəb Tayyib Ərdoğan dövründə baş verib. Biz qardaş ölkədə qısa zaman kəsiklərində bir neçə dəfə seçkilərin keçirildiyini, hökumət böhranlarının yaşandığını yaxşı xatırlayırıq. PKK terrorçu təşkilatının Türkiyənin siyasi həyatına müdaxilə etdiyi dövrü unutmamışıq. Bu baxımdan, hazırki siyasi sabitlik cənab Ərdoğanın Türkiyəyə qazandırdığı ən böyük nemətdir. Türkiyə elə bir coğrafi ərazidə yerləşir ki, xarici qüvvələrin daima burada gözü olub və var. Bu, həm tarixi problemdir, həm gerçəkliyin siyasi çağırışlarından irəli gəlir. Belə bir reallıqda Türkiyənin nəinki ictimai-siyasi sabitliyə qovuşması, həm də geosiyasi gücə çevrilməsi şübhəsiz ki, tarixi nailiyyətdir”.
Deputat qeyd edib ki, iqtisadi nöqteyi-nəzərdən baxanda, bu gün Türkiyə böyük layihələrin mərkəzi rolunda çıxış edir: “Bu layihələrin bir neçəsi Azərbaycanla birgə həyata keçirilir və davam edərək Türk dünyasını öz əhatəsinə alır. Bizim Avropaya doğru enerji daşıyıcıları layihələrimizin hamısında qardaş ölkə mərkəzi mövqedədir. Türkiyə bir birləşdirici mərkəz funksiyasını həyata keçirir. Bütün bunlar da məhz hazırki hakimiyyət zamanı əldə olunub. Bu iqtisadi və hərbi-siyasi rıçaqlar imkan verir ki, Ankara müstəqil, heç kimdən asılı olmayan, heç kimlə hesablaşmayan xarici siyasət yürütsün. Əksinə, bu gün dünya özü Türkiyə ilə hesablaşmaq məcburiyyətindədir. Türkiyə NATO üzvüdür, ancaq müstəqil söz sahibidir. Fikrimcə, bu, çox böyük nailiyyət, qiymətli dəyərdir. Türkiyə ilə Azərbaycanın strateji münasibətləri qardaşlıq amili üzərində qurulub. Bu baxımdan, şübhə yoxdur ki, türk xalqının istənilən seçimi bizim üçün dəyərlidir. Ermənistan mediasına diqqət yetirəndə görmək olar ki, Yerevanda Türkiyədəki seçkilərin nəticələrindən asılı olaraq Ankara-Bakı münasibətlərində bir dəyişikliyin ola bilmə ehtimalına ümid edirlər. Biz ermənilərin belə xam xəyallarla yaşadıqlarını son 30 ildə görürük. Ancaq bilməlidirlər ki, Türkiyə ilə biz qardaşıq və hər zaman da belə olacaq. Hazırki reallıq isə budur ki, müasir Türkiyə heç vaxt indiki kimi qüdrətli, hörmət sahibi olmayıb. Onunla bu qədər hesablaşmayıblar və açığını deyək, gözügötürməyən ölkələr Türkiyədən heç vaxt bu qədər qorxmayıblar. Biz də azərbaycanlılar olaraq Türkiyəni daima belə güclü görmək istəyirik”.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50

