Aleksandar Vuçiç Prezident İlham Əliyevi təbrik edib
25.05.2023 [20:32]
Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
"Möhtərəm cənab Prezident!
Azərbaycanın Müstəqillik Günü münasibətilə Serbiya xalqı adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edir, ölkənizə tərəqqi, xalqınıza yüksək rifah diləyirəm.
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd etdiyimiz ötən il əməkdaşlığın əldə olunmuş səviyyəsi ilə fəxr edirəm. Sizin 2022-ci il noyabrın 23-də Serbiyaya səfəriniz və Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumu imzalamağımız xoş xatirələrlə yaddaşımda qalıb. Həmin il dekabrın 20-21-də Bakıya səfərim və qarşılıqlı əhəmiyyət kəsb edən bütün sahələrdə əməkdaşlığın təkmilləşdirilməsi ilə bağlı aparılan uğurlu müzakirələr Serbiya-Azərbaycan münasibətlərinin davamlı inkişafının sübutudur.
Əminəm ki, strateji səviyyədə olan siyasi dialoqu, həmçinin çoxtərəfli, xüsusilə də iqtisadi sahədə əməkdaşlığımızı birgə səylərimizlə inkişaf etdirməkdə davam edəcəyik. Bunu çoxsaylı iqtisadi layihələr, Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu yaxınlarda Belqradda keçirilmiş 7-ci iclası da bir daha sübut etdi.
Cari il Sizin Serbiyaya gözlənilən səfəriniz və bu səfər çərçivəsində Serbiya və Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gələcək inkişafına əlavə imkanlar yaradacaq Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsinin planlaşdırılması məni çox sevindirir.
Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizi və ölkənizin bütün vətəndaşlarını Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin bu il qeyd etdiyiniz 100 illik yubileyi münasibətilə təbrik edirəm. Biz Heydər Əliyevi siyasi müdrikliyi və strateji yanaşması ilə müasir müstəqil və uğurlu Azərbaycanın əsasını qoyan görkəmli və uzaqgörən dövlət xadimi kimi xatırlayırıq. 2022-ci ilin dekabrında yenidən ziyarət etdiyim möhtəşəm Heydər Əliyev Mərkəzi məni çox təsirləndirdi. İcazə verin, bir daha xatırladım ki, Heydər Əliyevin abidəsi Belqradın ən gözəl parklarından biri olan Taşmaydan parkında da ucaldılıb.
Fürsətdən istifadə edərək, Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə ölkənizin verdiyi prinsipial dəstəyə və bu yaxınlarda Kosovonun Avropa Şurasına qəbulu üçün prosedurların başlanılması haqqında qərarın əleyhinə verdiyiniz səslə beynəlxalq hüquqa bir daha göstərmiş olduğunuz bağlılığınıza görə dərin təşəkkürümü bildirmək istərdim. Serbiya bunu qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan səmimi, daimi dostluğun təcəssümü kimi dəyərləndirdiyi üçün bu addımı heç vaxt unutmayacaq. Əmin olun ki, Serbiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək.
Möhtərəm cənab Prezident, Sizə bir daha dərin ehtiramımı ifadə edirəm."
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

