Mənfi düşüncələrdən necə xilas olaq?
31.05.2023 [19:33]
Mənfi düşüncələrdə ilişib qalmaq həm psixi, həm də fiziki sağlamlığımıza ciddi təsir göstərir. Bizə mənfi təsir göstərən fikirlərlə davamlı mübarizə aparmaq sinir sistemimiz üçün olduqca təhlükəlidir. Nəticədə həzm sistemimiz, immunitetimiz, yuxu rejimimiz, bir sözlə, sağlamlığımız əldən getmiş olur. Bəs mənfi düşüncələrdən xilas olmaq üçün nə etmək lazımdır? Bunun üçün hər gün tətbiq edə biləcəyimiz bir neçə sadə üsul mövcuddur. Necə ki, bədəni zərərli kimyəvi maddələrdən təmizləmək üçün detoks proqramları tətbiq edilirsə, eynilə zehnimizi də təmizləmək üçün detoks prosedurları var. Bunu Dr.Anna Kabeka deyir.
Gündəlik tutun və içərisini minnətdarlıq hissi ilə doldurun!
Onun fikrincə, hər gün özümüzü müşahidə etməliyik. Bədənimizdə və zehnimizdə baş verənlərin fərqində olmalıyıq ki, problemin həlli yolunu tapa bilək. İlk olaraq, özünəqulluq rutini yaradın və gündəlik tutun. Hər gün sadəcə 15 dəqiqə ayırmaqla, gününüzü qeyd edin. Özünüzdən soruşun: Bu gün zehnimi və bədənimi qidalandırmaq üçün nə etdim? Hər dəfə o gündəliyə yazmaq üçün bir səbəb axtarın və yaxud yaradın. Minnətdarlıq hissi duyduğunuz anları qeyd etməkdən çəkinməyin. Bu çox önəmlidir. Sonda o hiss sizə həyat eşqi olaraq geri qayıdacaq.
İç dünyanızla əlaqə qurun!
Daxili dünyanızla əlaqə yaratmağa çalışın. Özünüzü dinləyin. Axı biz sosial varlıqlarıq və ünsiyyət yaratmalıyıq. Ünsiyyəti qurmağı isə ilk olaraq özümüzdən başlamalıyıq. Nəyi istəyib, nəyi istəmədiyimizi bizdən yaxşı kim biləcək?
Təşəkkür edin!
Minnətdar olduğumuzu anlamağa başladıqsa, sırada təşəkkür etmək gəlir. Sahib olduğumuz şeylər üçün təşəkkür etməyi unutmamalıyıq. Dostlarınıza, ailənizə, həmkarlarınıza və s. bu siyahını çox uzatmaq olar. Həyatda şükür etməli o qədər çox səbəb var ki... Məsələn, sabah yeni bir aya qədəm qoyacağıq. Bu isə bizə yeni başlanğıclar üçün əsl fürsətdir. İdmana başlamaq, pis vərdişləri tərgitmək, səyahətə çıxmaq və yaxud sadəcə yürüyüşə başlamağa qərar vermək üçün ən gözəl vaxtdır. Təqvimi yarıladığımız tarix əslində sizin həyatınızı tamamlaya bilər. Elə isə nəyi gözləyirsiniz?
Maneləri dəf edin!
Xoşbəxtliyiniz üçün maneə törədən nəsnə və varlıqlardan xilas olun. Əhatənizdə neqativ enerjili insanları saxlamayın. Materialın əvvəlində də qeyd etdiyimiz kimi, özünüzü dinləyin. Olmaq istəmədiyiniz məkanda durmayın. Bu kimi xırda görünən problemlər sizin uğura nail olmağınıza maneə yaradacaq. Dr.Anna Kabeka belə deyir: “Görürəm ki, insanların böyük əksəriyyəti özlərinə mənfi tərəfdən baxırlar. Yetərli olmadıqları fikrinə qapılırlar. Kifayət qədər sosial və gözəl olmadıqlarını düşünürlər. Yalnız həyat tərzinizi dəyişməklə bu baxışınızı da dəyişə bilərsiniz”. Bir düşünün, bu hissi sizə yaşamağa kim və ya nə vadar edib? Suala cavab tapın və onu həyatınızdan dəf edin!
Müsbət sözləri dilinizdən əskik etməyin!
“Mən xoşbəxtəm və sevinclə doluyam. Enerjili və işimdə məhsuldar biriyəm” kimi təsdiqləyici fikirləri zehninizdən və dilinizdən əskik etməyin. Heç də qəribsəməyin. Elmi araşdırmalardan sonra mütəxəssislər bu qənaətə gəliblər. Hətta bir sirr də açaq. Bu üsulun insanı daha da cavanlaşdırdığı deyilir.
P.S. Bəzən insanların mübarizəsi özü ilə bağlı olur. Ətrafa sevgisizlik nümayiş etdirməklə bunu büruzə verir. Qarşısındakı insanla rəqabətə və ya intriqaya girməyə çalışır. Bu yersiz və səbəbsiz intriqanın əslində iç dünyasında verdiyi savaş olduğunu insan dərk etsə, onda həyata daha pozitiv və şən baxmağa başlayacaq. Xoşbəxt deyilsinizsə, bunun acısını insanlardan çıxartmağa çalışmayın. Belə olan halda, kənardan necə çirkin göründüyünüzü unutmayın. Əks təqdirdə, yalnız qalacaqsınız. Əhatənizi və iç dünyanızı müsbət duyğularla bürümək ümidilə.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17

