“Şuşa Bəyannaməsi” regionun yeni təhlükəsizlik konsepsiyasıdır
27.07.2023 [10:51]
Azərbaycan ilə Türkiyənin qarşılıqlı münasibətlərinin ən yüksək zirvəsi “Şuşa Bəyannaməsi” sayılır. Prezident İlham Əliyev Şuşada Qlobal Media Forumunun açılış mərasimində bildirib ki, İkinci Qarabağ müharibəsində Qələbədən sonra Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və biz bunu məşhur “Şuşa Bəyannaməsi”ni imzalayaraq müttəfiqlik səviyyəsinə qaldırdıq: “Həmin Bəyannamə bu mehmanxanadan bir neçə yüz metr kənarda imzalanıb və münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırıb. Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bu Bəyannamə qarşımızda yeni üfüqlər açır. Baxmayaraq ki, bundan öncə də Azərbaycan və Türkiyə bir çox sahədə birlik, həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirib”.
Bu sənəd tək iki dövlətin starteji əməkdaşlığının miqyasını və sərhədlərini müəyyənləşdirmir - həm də regionun yeni siyasi statusunu ortaya qoyur. Artıq bütün dünya Cənubi Qafqazda tək hədəfli iki dövlətin yaratdığı güc mərkəzini qəbul edir. Bəlli olduğu kimi, “Şuşa Bəyannaməsi”ndə beynəlxalq müstəvidə birgə fəaliyyət və əməkdaşlıq, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin inkişafı, xüsusilə də hər iki ölkənin milli və birgə təhlükəsizliyi ilə əlaqədar çox vacib məsələlər əks olunub. Ən əsası, Bəyannamə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Bəyannamədə müdafiə məsələlərinin əks olunması isə elə hərbi-siyasi təhlükəsizliyin təmin olunmasına - istənilən təhdid və təcavüzün qarşısının alınmasına hesablanıb. Bütün bunlar isə kompleks şəkildə həm hər iki dövlətin, həm də ümumən regionun yeni təhlükəsizlik konsepsiyasını təşkil edir.
İki ölkə arasındakı birlik, həmrəylik anlayışı, fəlsəfəsi həm milli, həm regional miqyaslı, həm də bəşəri xarakterlidir. Azərbaycan ilə Türkiyənin təşəbbüsləri, fəaliyyəti, eyni zamanda, İslam coğrafiyasında, Türk dünyasında sülhə, təhlükəsizliyə, əməkdaşlığa və ən əsası, həmrəyliyə yönəlib. Əslində hər iki dövlətin qarşıdakı dövr üçün müəyyənləşdirdiyi hədəflərin siyasi etüdləri və motivləri eynidir - hər iki dövlət dünyaya barış, mehriban birgəyaşayış çağırışı edir, sivilizasiyalararası dialoqun təşviqini həyata keçirir. İki ölkənin strateji yaxınlığı sözün əsl mənasında, qlobal həmrəylik amili faktorunun qabardılmasına xidmət göstərir. Heç şübhəsiz, iki ölkənin bu kimi təşəbbüsləri ümumbəşəri xarakter daşıyır, dünya siyasi və mədəni irsinin qorunmasına, zənginləşməsinə, mədəniyyətlər arasında dialoq və inteqrasiyaya xidmət edir. Bir millətin iki dövlətinin hədəfi də, sözü də birdir. İki qardaş ölkənin Liderləri istənilən məkan və zamanda söz ilə əməlin vəhdətini nümayiş etdirir, yeni zirvələrə birlikdə addımlayırlar. Bu, həm daha güclü Türkiyə və Azərbaycan deməkdir, həm də regionda, İslam coğrafiyasında, Türk dünyasında və dünyada sülhə, firavanlığa qarşılıqlı anlaşmaya və həmrəyliyə töhfədir. Biz birlikdə güclüyük!
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

