Pensiyaların artırılması ənənəsi
29.07.2023 [11:37]
Mübariz FEYİZLİ
Sosial dövlət olan Azərbaycanın dövlət büdcəsində bu sahəyə vəsaitlər prioritet qaydada yönəldilir. Belə ki, ölkəmizin dövlət büdcəsi həmişə sosialyönümlü olması ilə fərqlənir. Biz büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin ildən-ilə artırıldığının şahidi oluruq. Sosialyönümlü xərclər 2022-ci il dövlət büdcəsi xərclərinin 36,1 faizini və ya 11576,9 milyon manatını təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 1280,3 milyon manat və ya 12,4 faiz çoxdur. Dövlət büdcəsində sosial sferanın prioritetliyi 2023-cü ildə də təmin edilir. Xatırladaq ki, cari ilin dövlət büdcəsində sosialyönümlü xərclərə 15 milyard 219 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulub. Bu, 2022-ci illə müqayisədə 1 milyard 289 milyon manat və yaxud 9,3 faiz çoxdur. 2023-cü ildə əhalinin sosial müdafiəsi və sosial təminat xərcləri isə 4 milyard 416 milyon manat məbləğində proqnozlaşdırılır.
Son dörd ildə ölkədə həyata keçirilən sosial məzmunlu islahatlar Azərbaycan dövlətinin sosial təminat sisteminin daha da möhkəmləndirlməsinə necə ciddi önəm verdiyinin daha bir ifadəsidir. 2018-2023-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunmaqla, bu islahatlar üzrə əlavə olaraq illik 6,8 milyard manat vəsait yönəldilib. Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən köklü sosial islahatlar nəticəsində bəhs olunan dövrdə ölkəmizdə sosial ödənişlərdə ciddi artım dinamikasına nail olunub. Belə ki, son dörd ildə minimum aylıq əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. Orta aylıq əməkhaqqında 65,3 faiz, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, sosial müavinət və təqaüdlər üzrə ayrılan illik vəsaitdə 5 dəfəyədək, ünvanlı sosial yardımın orta aylıq məbləğində 2,9 dəfə artım baş verib. DSMF-nin rəsmisinin məlumatına əsasən, bu ilin birinci yarısında da sosial ödənişlərdə artım qeydə alınıb. Artımlar ümumilikdə 810 min nəfəri əhatə edib, əlavə vəsaitin illik həcmi isə 310 mln. manat təşkil edib.
Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artmasının məntiqi nəticəsi olaraq pensiyalar da davamlı şəkildə artırılır. Himalay Məmişov bildirib ki, son beş ildə minimum pensiyanın məbləği 2,5 dəfə artaraq 110 manatdan 280 manata yüksəlib. Həmçinin fevral ayından minimum pensiya 16,7% artırılaraq 280 manata, ilin əvvəlindən isə orta aylıq pensiya 16,4 faiz artırılaraq 433,3 manata, o cümlədən yaşa görə pensiya 16,4 faiz artırılaraq 466,1 manata çatdırılıb. Bundan başqa, 24 növ sosial ödənişlərin məbləğlərində orta hesabla 22% artım olub.
Ölkədə minimum pensiya məbləğinin artırılması 100 mindən çox vətəndaşımızı əhatə edir. Cari ildən etibarən respublikamızda pensiya yaşı tamam olanlar ən azı 280 manat ilə təqaüdə çıxırlar. Digər tərəfdən, 2006-ci il yanvarın 1-dən 2018-ci ilin iyulunadək hətta bir manat pensiya kapitlalı olanlar da minimum pensiya almaq hüququ qazanıblar. Yəni, əgər vətəndaşın 25 illik əmək ştajı yoxdursa və onun yığımları çox deyilsə, o da pensiya ilə təmin olunur. Bu da islahatlar çərçivəsində pensiya amnistiyasının növbəti 3 il üçün uzadılması sayəsində mümkün olub. Minimum pensiya məbləğinin artırılması, həmçinin orta pensiya məbləğinə də təsir göstərib. Ümumiyyətlə, cari ilin əvvəlindən başlanan pensiya islahatları kifayət qədər geniş məzmuna malikdir. Ölkəmizdə 2023-cü ildə pensiyaların fərqli təqaüdlər üzrə fərqli qaydada artırılması qərara alınıb.
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

