Zəngilan könüllüləri ilk dəfə ərazidə fəaliyyətə başlayıb
01.08.2023 [15:15]
Zəngilan rayonunun Ağalı kəndində Zəngilan könüllülərinin təqdimatı keçirilib.
Yeniazerbaycan.com xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə “Qayıdış Könüllüləri” Proqramının “Zəngilan Könüllüləri” qrupu ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb.
Zəngilan könüllülərinin Ağalı kəndinə təşkil olunan səfəri zamanı Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev könüllü gənclərlə görüşüb, cəmiyyətin inkişafında önəmli olan fəaliyyətlərində onlara uğurlar arzulayıb və bu proqramın onlar üçün də faydalı olacağını qeyd edib.
“Ölkəmizin dayanıqlı inkişafında könüllülük fəaliyyəti olduqca böyük önəm daşıyır. Sizin fəaliyyətiniz işğaldan azad olunmuş Zəngilanda olacağı üçün öz növbənizdə dövlətimizin başçısının rəhbərliyi ilə aparılan tikinti-quruculuq işlərinə, eləcə də “Böyük Qayıdış” prosesinə müsbət töhfənizi verəcəksiniz. Bu proqram həm də sizə yeni təcrübə, dünyagörüşü, sosiallaşma, uğurlu karyera yolu, ətrafda baş verən hadisələrə daha həssas yanaşma, komandada işləmə və ünsiyyət qurma bacarığı sahəsində özünüzü inkişaf etdirməyə yardımçı olacaq!”,- deyə Vahid Hacıyev bildirib.
Daha sonra könüllülər “Böyük Qayıdış”ın rəmzi olan, “Ağıllı kənd” layihəsi ilə yenidən qurulan, həyatın canlandığı Ağalı kəndinin ərazisi ilə, buraya köçürülən ailələr üçün yaradılan şəraitlə yaxından tanış olub, görülən və planlaşdırılan işlər haqqında ətraflı məlumat alıblar. Həmçinin səfər zamanı könüllülər kənddə məskunlaşan əhali ilə görüşüb, fikir mübadiləsi aparıb, təəssüratlarını onlarla bölüşüblər. Görüşdə bildirilib ki, Zəngilan könüllülərinin kəndə belə səfərlərinin tez-tez təşkili, eyni zamanda, Nümayəndəliklə birlikdə Ağalı kəndində yaşayan uşaq, yeniyetmə və gənclər üçün müxtəlif məzmunlu, maraqlı tədbirlərin keçirilməsi planlaşdırılır.
Proqram çərçivəsində könüllülər tərəfindən Zəngilan rayonu ərazisində müxtəlif könüllü fəaliyyətlərə, o cümlədən mütəmadi olaraq bu ərazilərdə keçiriləcək tədbirlərin təşkilində iştirak etməyə, buraya səfər edən yerli və xarici qonaqlarla işə, qayıdışa hazırlığa, bərpa və yenidənqurma işlərinə, məskunlaşmaya, həmçinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinə müxtəlif fəaliyyət istiqamətləri üzrə dəstəyin göstərilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq icra olunan proqramın əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləməkdir. Eyni zamanda, proqram əslən Şərqi Zəngəzurdan olan gənclərin öz doğma torpaqlarında reallaşdırılan yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin tarixi mədəni irsinin təbliğində iştirakının təşviq edilməsinə və gənclərin azad olunmuş ərazilərə qayıdışına töhfə verilməsinə hesablanıb.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

