Hidayətin “Burdan min atlı keçdi” kitabından
04.08.2023 [10:15]
Həzi Musayev
(1930-1998)
Həzi müəllim Mığrının sayılıb-seçilən ziyalılarından idi. Mən onu Nüvədi kolxozuna sədrlik etdiyi dövrdən tanıyırdım. Düzdür, ona qədər bizimkilərin Əli dayı (Həsən və Həzi Musayevlərin atası) ilə isti münasibətləri yaranmışdı. Mənim dayım Əli Məmmədov Nüvədinin ilk kolxoz sədri olub. Əli Musayevlə də həmin illərdə yaxından dostluq, yoldaşlıq ediblər. Hətta deyirlər-bir dəfə o Əli Musayevin sayıqlığı və mərdliyi sayəsində ermənilərin sui-qəsdindən xilas ola bilmişdi. Onlar bir-birlərinə “əmioğlu” deyə müraciət edirdilər.
Kolxoz sədri seçilməyi Nüvədi camaatının yekdil təkidi ilə baş tutmuşdu. Yeri gəlmişkən, bu o dövrün idarəçiliyi fonunda nadir faktlardan biri idi. 1960-cı ildə Mığrı Rayon Partiya Komitəsinin birinci katibi Arşavir Sarkisyan Büronun qərara aldığı namizədi geri götürüb, Nüvədi kolxozçularının və ziyalılarının tələbi ilə Həzi Musayevin sədr seçilməsinə razılıq vermişdi. Onda Həzi Musayevin 30 yaşı hələ tamam olmamışdı.
Nüvədi kolxozu ağır təsərrüfata malik idi. Bütün çətinliklərə baxmayaraq, o işinin öhdəsindən gələ bilirdi. Qısa müddət ərzində böyük nailiyyətlərə imza atmışdı. 1960-1968-ci illərdə Ermənistan KP MK-nın üzvü olub. Söz yox ki, bu etimadın əsasında Həzi müəllim gərgin əməyi və onu həmyaşıdlarından fərqləndirən yüksək keyfiyyətləri dayanırdı.
Heç yadımdan çıxmır: Həzi müəllim camaatın tələbi ilə kolxoz sədri seçilsə də, cəmi üç il sonra özü təkidlə vəzifəsindən imtina etmişdi. O, özü atdığı bu addımın səbəbini belə izah edirdi: “Həyatımdan ilk və dəhşətli faciəvi günüm 6 noyabr 1960-cı ildə olub. Həmin gün rayon mərkəzinə iş üçün gedən Nüvədi kolxozunun maşını Nüvədi-Astazur yolunda qəzaya uğradı. 15 nəfərdən 6-sı həlak olmuş, 9-u ağır yaralanmışdı. O gün mən özüm də Mığrıya gedirdim.
Kürədüzü dəmiryol stansiyasının rəisi qarşımıza çıxıb xəbər verdi ki, arxadan gələn maşınınız əlli metr hündürlükdən aşıb dəmir yoluna düşübdür. Nüvədidə hamı bir-biri ilə qohum-əqrəbaydı. Altı nəfər gəncin bir gündə faciəvi şəkildə həyatdan getməsi hamını sarsıtmışdı. Hər yerdə şivən eşidilir, matəm mərasimi keçirilirdi. Həyatımda ilk dəfə idi ki, belə bir dəhşətin iştirakçısı olurdum. Təəssüf-bundan mənə qarşı istifadə etməyə çalışanlar da tapıldı. Ancaq belələrinin iyrənc hərəkətləri yas sahibləri tərəfindən ifşa edilirdi. Mən həmin gündən qərara gəldim ki, sədrlik vəzifəsindən istefa verməliyəm. İlk vaxtlar nə qədər israr etsəm də, azad ola bilmədim. Nəhayət, 1964-cü ildə vəzifəmdən kənarlaşdım və yenidən öz doğma peşəmə-müəllimliyə qayıtdım”.
Açığı, mən həmişə sədrlik vəzifəsi ilə Həzi müəllimin özü arasında bir uyarsızlıq hiss edirdim. Onun şəxsiyyətinin tutumunu heç cür kolxoz sədrliyi vəzifəsinə sığışdıra bilmirdim. Sədrlikdən getdikdən sonra elin-obanın gözündə daha da böyümüşdü, onun qol-qanadı bir az da açılmışdı.
1964-cü ildən 1991-ci ilə-Nüvədi boşalana qədər kənd orta məktəbində dərs hissə müdiri kimi fəaliyyət göstərdi.
Qətiyyətli və qorxmaz ziyalı idi. O vaxtlar Mığrı Rayon Maarif Şöbəsində Maarifyanı Şura var idi və adətən, bu şuranın iclasları rayon mərkəzinin bir nömrəli erməni məktəbində keçirilirdi. Həzi müəllim görür ki, məktəbin dəhlizində Heydər Əliyev istisna olmaqla Siyasi Büronun bütün üzvlərinin şəkilləri var. Və məktəb direktoruna iradını bildirir. Direktor isə irada əhəmiyyət vermir. Ancaq Həzi müəllim bu ayrı-seçkiliyi yadından çıxarmır. Bir gün Partiya Komitəsinin birinci katibi Sergey Tevonyan Nüvədi kənd orta məktəbinə gəlir. Məktəbin koridorundakı stendlərə baxıb deyir: “Sağ olun, məktəbinizdə beynəlmiləlçilik özünü göstərir”. Həzi müəllim o saat cavab verir: “Yoldaş katib, biz, ələlxüsus, nüvədililər anadangəlmə beynəlmiləlçiyik. Çox təəssüf ki, bu beynəlmiləlçiliyi erməni məktəblərindən görmürük. Biz Baxşı Sarkisyan deyilik ki,
Heydər Əliyevi Siyasi Büronun tərkibindən çıxaraq”.
Katib bu işlə məşğul olacağına söz verir. Və erməni məktəbindən növbəti maarifyanı şuranın iclası keçirilərkən Heydər Əliyevin portreti öz yerindən asılır.
Həzi müəllimin mərdliyini, bütövlüyünü sübut edən başqa bir nümunə: partiyanın XX qurultayından sonra Stalinə münasibət kökündən dəyişir: onun heykəli götürülür, ümumiyyətlə, Stalini xatırladan nə varsa yığışdırılır, ya da məhv edilir. Nüvədi kənd orta məktəbində Stalinin yağlı boya ilə işlənmiş iri portreti varmış. Həmən portret də zibilliyə atılır. Həzi müəllim bu hərəkəti qəbul edə bilmir. Açıq-aşkar “Stalindən kiminsə xoşu gəlməyə bilər. Ancaq mənim ona böyük simpatiyam var, o, böyük sərkərdə və tarixi şəxsiyyətdir”-deyir və portreti götürüb evə aparır.
Həzi müəllim didərginlik vaxtlarında Bakıda da öz sevimli peşəsini unutmamışdı. Müəllimlik edirdi. Sözün həqiqi mənasında el adamıydı. Ağsaqqallıq statusunu o çox gənc yaşlarından qazanmışdı. Son əlli ildə Nüvədi camaatının elə bir tədbiri olmayıb ki, Həzi müəllim orada iştirak etməsin, nüvədililərin toy məclislərinin, yas mərasimlərinin şəksiz və şəriksiz ağsaqqalı idi.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35

