Ermənistan qeyri-konstruktiv mövqedən əl çəksə...
05.08.2023 [14:18]
S.İSMAYILZADƏ
İki ilə yaxındır davam Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşması prosesinin uzanması birmənalı şəkildə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə əlaqədardır. Belə ki, sülhyaratma prosesində vasitəçilik edən tərəflərin moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkənin yürütdüyü siyasət, məsələlərə münasibəti regionda davamlı sülhün əldə olunmasına maneədir. Bir yandan sülh prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli mövqe nümayiş etdirir, sülh prosesini manipulyasiya etməyə çalışır. Sülhdən, ərazi bütövlüyünün tanınmasından, delimitasiya və demarkasiyanın vacibliyindən bəhs açan Ermənistan imzalanan üçtərəfli bəyanata və bu bəyanatla üzərinə götürdüyü öhdəliklərə riayət etmir. Bu kimi qeyri-müəyyənlik isə bütövlükdə prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Bunu digər vasitəçilər kimi ABŞ da görür. Məsələn, Vaşinqton artıq aylardır ki, Azərbaycanla Ermənistan arasında birbaşa dialoqla bağlı təkliflər irəli sürür - bu təqdirolunası bir haldır. Amma Ermənistan tərəfi müəyyən zamanlarda birbaşa dialoqun pozulmasına xidmət edəcək addımları ilə seçilir. Bunun əsl səbəbi isə yenə də Ermənistanın müstəqil qərar vermək iqtidarında olmamasından qaynaqlanır.
Ağ Ev Azərbaycanın beynəlxalq hüquqa söykənən təşəbbüsünü dəstəkləyir
ABŞ həm də son məsələlərə münasibətdə Azərbaycanın mövqeyini dəstəkləyib. Belə ki, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə oluna biləcəyini dəfələrlə bəyan edib. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən nə üçün imtina etmələri qətiyyən başadüşülən deyil. Əslində isə bu, rasizmin açıq təzahürü və beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdidir. Sadəcə, Ermənistan yenidən qeyri-rasional düşüncə ilə prosesə mane olmağa, bölgədə davamlı sülhün formalaşmasını ləngitməyə çalışır. Rəsmi İrəvan yaratmağa çalışdığı şou ilə “diqqəti özünə cəlb etmək” niyyətindədir.
Halbuki Brüsseldə Ağdam-Xankəndi yolunun daha böyük həcmdə çatdırılma üçün istifadə edilməsi barədə razılıq əldə olunub. Bu, BQXK-nın bəyanatında da təsdiqlənir - beləliklə, İrəvanın yalnız bir yoldan istifadə etməkdə israrı, Azərbaycanın təşəbbüsünə qarşı çıxış etməsi, Ağdam yolundan imtinası anlaşılan deyil. Antoni Blinkenin telefon danışığı zamanı Laçın dövlət sərhədindən buraxılış məntəqəsi ilə yanaşı, digər alternativ yollar (Ağdam-Xankəndi yolu) vasitəsilə keçidin önəminə toxunması, bunu təqdir etməsi isə Vaşinqtonun məsələdəki mövqeyini açıq şəkildə ortaya qoyur. Ağ Ev Azərbaycanın ədalətli, beynəlxalq hüquqa söykənən və regionda sülhün formalaşmasına təkan verən addımlarını, təşəbbüsünü dəstəkləyir.
ABŞ Azərbaycanın qlobal layihələrə verə biləcəyi töhfəni görür və dəyərləndirir
Beləliklə, ABŞ-ın qısa zamanda sülhə nail olunması üçün göstərdiyi səylər göz önündədir. Təbii ki, sülhün imzalanması nəinki regiona yeni iqtisadi-siyasi mənzərə bəxş edəcək - o cümlədən dünyanın yeni iqtisadi münasibətlər sisteminin formalaşmasına yeni nəfəs gətirəcək. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Azərbaycan son vaxtlarda aktuallığı artan Orta Dəhliz üzrə də ən mühüm halqalardan birini təşkil edir. Orta Dəhlizlə Xəzərdən keçməklə Azərbaycana gələn yükləri burada optimal marşrutlarla bir-biri ilə əlaqələndirilmiş Şimal-Cənub və Şərq-Qərb marşrutlarına ötürmək mümkündür. Perspektivdə respublikamızın ərazisində tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı yaranacaq. Bu, Zəngəzur dəhlizi hesabına mümkün olacaq. Beləliklə, ABŞ-ın timsalında Qərb Azərbaycanın qlobal layihələrə verə biləcəyi töhfəni görür və dəyərləndirir - Ermənistan isə yaxın zamanda sülhü imzalamaqla üzərinə düşən öhdəliyi yerinə yetirmiş olacaq.
Azərbaycanla münasibətlərin normallaşması isə Ermənistanın inkişafı üçün yeni bir mərhələ deməkdir. Vurğuladığımız kimi, Azərbaycan bu gün Şərq-Qərb marşrutunun ən mühüm mərkəzlərindən sayılır və yeni iqtisadi nizamda, konfiqurasiyada özünün xüsusi yeri var. Ermənsitan isə uzun illər apardığı işğalçı siyasətlə bu konfiqurasiyadan uzaqda qalıb. İndiki halda regionda sabitliyin formalaşdırılması istiqamətində atacağı önəmli addımlar İrəvana bu konfiqurasiyada yer almaq şansları qazandıra bilər. Azərbaycan dövləti hər zaman bildirib ki, Ermənistanın sülh gündəliyini təsdiqləməsi, qəbul etməsi bu ölkəni də yeni əməkdaşlıq platformalarının bir hissəsinə çevirə bilər. Bu isə öz növbəsində yeni inkişaf mərhələsi deməkdir...
Xəbər lenti
Hamısına baxİdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53

