Yeni siyasi nizam...
08.08.2023 [14:00]
Türkiyənin regional proseslərdə sabitləşdirici faktor kimi rolu prosesdə daha qabarıq hiss edilir. Eyni zamanda, Türkiyənin statusu münaqişənin həlli ilə bağlı mühüm siyasi zəmin formalaşdırır. Belə ki, NATO-nun əsas güclərindən sayılan, Avropa İttifaqına üzvlüklə bağlı isə illərdir ki, “növbə” gözləyən Ankara Rusiyaya qarşı hərbi koalisiyada yer almayaraq, tam əksinə sabitləşdirici vasitəçilik missiyasını üstlənib. Bu, rəsmi Ankaranın problemin həllində iştirak metodunu da müəyyənləşdirmiş olur. Xronoloji ardıcılllığa nəzər yetirdikdə seçilən bu yolun düzgünlüyü və hazırki siyasi nizama müsbət təsiri ortaya çıxır:
- Türkiyənin problemin həllinə tənzimləyici yanaşması regionda qüvvələr balansını qoruyub - Rusiyanın Türkiyəyə olan etimadı “nüvə ritorikası”nın yumşaq leksikonla ifadəsini təmin edib.
- Humanitar danışıqlar siyasi anlaşmanın ilkin mərhələsinə çevrilib. Bu mənada Türkiyənin vasitəçiliyi hər iki tərəf üçün sərfəli sayıla bilər.
- Qlobal ərzaq böhranının qarşısının alınmasında Türkiyənin rolu danılmazdır. Taxıl sazişi ilə bağlı bütün addımlar rəsmi Ankaranın, Prezident Ərdoğanın səyi və nüfuzu sayəsində reallaşdı;
- Türkiyə sabitləşdirici faktor olmaqla regionun yeni güc mərkəzi funksiyasını üstlənir.
Beləliklə, son illərin ən böyük hərbi qarşıdurmasının sülh tənzimləyicisi kimi çıxış edən Türkiyə, eyni zamanda, regional və qlobal miqyasda “xilaskara” çevrilib. Nəzərə alsaq ki, bir sıra Qərbi və Şərqi Avropa ölkələri heç də Rusiyaya qarşı hərbi koalisiyaya “ürəklə” daxil olmayıb (bəziləri ümumiyyətlə daxil olmayıb) və özünün iqtisadi gələcəyini düşünməkdədir, onlar Türkiyənin prosesi dayandırmaq, hətta döyüş meydanından sülh masasına daşımaq səylərini yüksək qiymətləndirir. Bu isə özlüyündə Ankaranın Qərbdəki dayaqlarını möhkəmləndirir, onun sıradan bir tərəfdaş olmadığını, beynəlxalq münasibətlər sistemində qlobal güc mərkəzi kimi rolunu və yerini müəyyənləşdirir.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41

