Sülhə veriləcək töhfələr...
12.08.2023 [13:26]
Pərviz SADAYOĞLU
Türkiyə Respublikasının son 20 ilə yaxın zaman kəsiyində keçdiyi siyasi yol, əldə etdiyi nailiyyətlər onun qlobal aktor kimi səciyyələndirilməsini şərtləndirir. Bu dövr ərzində Türkiyə özünün iqtisadi-siyasi, hərbi üstünlüklərini daha da artırmağa, həm bölgədə, həm də Avropa məkanında güc mərkəzi kimi çıxış etməyə başlayıb. Son bir neçə il isə Türkiyə üçün xüsusilə mühüm əhəmiyyət daşıyır - Avroasiya məkanında yaşanan kataklizmlərdə Türkiyənin rolu, bu ölkənin hərbi müdafiə sənayesinin yüksəlişi, yeni texnologiyalara əsaslanan müasir silahların yaradılması, ən əsası isə mühüm bir coğrafiyada siyasi liderlik statusuna yüksəlməsi yeni dövr üçün mühüm perspektivlər formalaşdırır. Qarşıdakı zaman kəsiyində proseslərin inkişafı Türkiyənin Cənubi Qafqaz regionundakı tənzimlənmə prosesinə də töhfə vercəyini deməyə əsas verir. Siyasi münasibətlərdə yeni səhifələrin açılması, regional əlaqələrinin dərinləşdirilməsi, siyasi sabitliyə verdiyi töhfələr, terrorizmə qarşı mübarizədəki qətiyyəti, Qafqazda siyasi münasibətlərin aydınlığa qovuşmasındakı təsir imkanları Türkiyənin bu vəzifəni uğurla üstələnə bilmə imkanlarını nümayiş etdirir. Beləliklə, Türkiyə artıq regional müstəvidə deyil, qlobal səviyyədə öz sözünə sahib olan dövlətlərdən sayılır. Qardaş ölkə yeni siyasi-iqtisadi münasibətlər sisteminə yeni imkanlarla qədəm qoymağa hazırlaşır.
ABŞ-ın Cənubi Qafqazda sülhün bərpasında Ankaranın iştirakının vacibliyini önə çəkməsinin altında mühüm məqamlar yatır. Türkiyə son dövrlərdə müstəqil qlobal aktor kimi bir sıra regionlarda sabitliyin formalaşması prosesində iştirak edir. Məsələn, Yaxın Orta Şərq, Aralıq dənizi hövzəsi, eləcə də Mərkəzi Asiyada sabitləşdirici faktor kimi önə çıxan Türkiyə mühüm uğurlara imza atıb. Ərəb dünyasında birləşdirici funksiya üstlənən Ankara barışıdrıcı mövqe sərgiləyir - Türkiyənin Yaxın Orta Şərqin inkişafı, bu regionda sabitliyin bərqərar olması prosesindəki rolu artdıqca yeni nizam ortaya çıxır. Bu isə özündə mühüm yenilikləri və çağırışları əks etdirir. Orta Şərqin enerji resurslarının dünya bazarına çıxarılması, yeni inteqrasiya mühitinin formalaşdırılması, Avropa və digər regionlarla qarşılıqlı əlaqələrin bərpası burada əsas şərt qismində çıxış edir. Təbii ki, bu, çoxtərəfli əlaqələrin qurulması, nizamın formalaşması üçün paralel addımlar atılmalıdır - yəni, bu proses həm də region dövlətlərinin rəsmi Təl-Əvivlə də əlaqələrinin inkişafını şərtləndirir. Bu baxımdan da Türkiyənin hazırda stabilləşdirici faktor kimi önə çıxması əsaslıdır. Ötən il İsrail-Azərbaycan və İsrail-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyması ilə seçilmişdi. Bu mənada, İsrail ilə Türkiyə arasında münasibətlərin yenidən qurulması xüsusilə əhəmiyyətlidir. Nəzərə alsaq ki, həm Türkiyə, həm də İsrail mühüm coğrafi regionun əsas güc mərkəzlərindən sayılır. Bu dövlətlər arasında əməkdaşlığın formalaşması Yaxın Orta Şərqdə dialoq mühitinin formalaşmasına əsas yaradır. Bu iki ölkə arasındakı əlaqələrin müsbət dinamika ilə inkişafı böyük bir coğrafiyada - Aralıq dənizi və Orta Şərq regionunda yeni inkişaf mərhələsi formalaşdırır. Qarşılıqlı şəkildə diplomatik münasibətlərin bərpası isə çoxşaxəli əlaqələrin inkişafına yeni impuls gətirir.
Türkiyənin yeni dövrdə siyasi proseslərin mərkəzində yer almaq istəyi isə onun gələcək hədəfləri ilə uzlaşır. Türkiyənin xarici siyasət idarəsinin yeni rəhbəri Hakan Fidan 14-cü dəfə təşkil edilən Səfirlər Konfransının Ankaradakı toplantısındakı çıxışı zamanı Türkiyənin xarici siyasətdəki əsas hədəflərinin 4 strateji xəttini açıqlayan zaman bildirmişdi ki, bölgədə sülh və təhlükəsizliyin bərqərar olması, xarici əlaqələri struktur əsaslarda inkişaf etdirilməsi, firavanlıq mühitini inkişaf etdirmək və qlobal məqsədlərə nail olmaq əsas hədəflərdir: “Birinci məqsədimiz olan sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində tədbirlərimizi və təşəbbüslərimizi gücləndirəcəyik. Təhlükəsizliyə, sülhə və sabitliyə ən böyük təhlükə terror təşkilatlarıdır. Bütün əlaqədar qurumlarımızla birlikdə terror təşkilatlarına göz yummayacağıq, nəfəs aldırmayacağıq. Bu istiqamətdə texnoloji imkanlarımızı artırmaqla yanaşı, xaricdəki dostlarımızla səmərəli əməkdaşlıq quraraq mübarizəmizi davam etdirəcəyik”.
Beləliklə, yeni siyasi gündəm yeni siyasi münasibətlər sisteminin formalaşmasını ortaya çıxarır. Bu siyasi gündəmin aparıcı siması isə birmənalı şəkildə Türkiyə Cümhuriyyətidir.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51

