Fərqimiz göz önündədir...
22.08.2023 [11:27]
Yeganə BAYRAMOVA
"Erməni silahlı birləşmələri torpaqlarımızı işğal altında saxladığı 30 ilə yaxın müddətdə beynəlxalq hüquqa əməl etmədən çoxsaylı vəhşiliklər törədiblər. Cenevrə Konvensiyasına əsasən silahlı münaqişələr zamanı heç bir halda münaqişə tərəfləri mülki insanları atəşə tutmamalıdır. Bu gün birinci Cenevrə Konvensiyasının imzalandığı gündür. 30 ilə yaxın işğaldan və müharibədən əziyyət çəkmiş xalq olaraq Ermənistanın bu beynəlxalq Konvensiyanın şərtlərini hər zaman pozduğunu görmüşük. Nədənsə beynəlxalq hüququn norma və prinsipləri çox vaxt münaqişə tərəflərindən günahkar olanın işinə yarayır. Bütün bunlara baxmayaraq, Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Hətta qalib ölkə kimi humanizm prinsipləri ilə düşmənlərə jest də edib. Amma unutmayaq ki, hər zaman sonda haqlı olan qalib gəlir. İstər döyüş meydanında, istərsə də beynəlxalq hüquq çərçivəsində. 44 günlük savaşdan sonra Azərbaycanın diktəsi ilə bölgədə yaranan yeni reallıqlar bunu bir daha təsdiq edir”.
Bu barədə “Yeni Azərbaycan”a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə bildirib.
Hüquqşünas bildirib ki, Ermənistanın həm mülki şəxsləri, həm də hərbçiləri dəfələrlə Azərbaycan tərəfinə keçdikdə saxlanılıb və dərhal Ermənistana sağ-salamat geri qaytarılıb: “Amma Ermənistan nəinki əsgərlərimizi geri qaytarır, onların əsir götürüldüyünü gizlətməyə çalışır. Sonradan isə əsgərlərimizə verdikləri işgəncələri və qeyri-insani rəftarları sosial şəbəkələrdə yaymağa başlayırlar. Ermənistan bununla Birinci Cenevrə Konvensiyası maddəsinin tələblərini pozur. Həmin maddədə birmənalı olaraq qeyd olunub ki, əsir götürülmüş əsgərlərə qarşı işgəncə və qeyri-insani hərəkətlər etmək qadağan olunur. Ermənistan da bu konvensiyaya qoşulub”.
Ç.Qənizadə qeyd edib ki, hərbi əməliyyatlarda iştirak edən və rəqib əlinə düşən şəxslərin hansı kateqoriyaya aid edilməsinə dair şübhələr yarandıqda, bu şəxslərin statusu səlahiyyətli məhkəmə tərəfindən təyin olunana qədər onlar Cenevrə Konvensiya ilə qorunur: “Hərbi əsirlərlə rəftara dair Konvensiyanın tələbinə görə, əsirlər dövlətin müvəqqəti hakimiyyəti altında olmalı və həmin dövlət onların taleyinə görə tam məsuliyyət daşımalıdır. Bu hərbi əsirlərlə rəftara dair dövlətlərin öz üzərinə götürdüyü beynəlxalq öhdəlikdən irəli gələn əsas tələbdir. Beynəlxalq humanitar hüquqa müvafiq olaraq hərbi əsirlər onları əsir götürən hər hansı hərbi hissənin, yaxud da konkret hansısa xüsusi şəxslərin nəzarəti altında deyil, birbaşa düşmən dövlətin himayəsi altında olmalıdır. Onlar heç bir halda hərbi hissələrdə saxlanıla bilməz. Beləliklə, Cenevrə Konvensiyasının tələblərinə əsasən azərbaycanlı əsirlərə qarşı qeyri-insani rəftar birbaşa Ermənistan hakimiyyətinin məsuliyyətidir”.
Xəbər lenti
Hamısına baxSosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49

