Şəhərimizin latviyalı qonağı: “Azərbaycan mənim evimdir”
22.08.2023 [12:57]
Pərviz QULİYEV
Latviyadan olan məşhur bloger Viktoria Razminovich İnstagram və TikTok - da Azərbaycanın ən maraqlı yerləri haqqında danışır
- Viktoria xanım, zəhmət olmasa qısaca özünüzü təqdim edin...
- Mən - Viktoria Razminovich, ya da bəzilərinin mənə dediyi kimi, Latviyanın Azərbaycandakı səfiri. Mən ölkənizə Latviyadan gəlmişəm. Artıq 10 ildir ki, Azərbaycanda yaşayıram və artıq iki ildir ki, bu ölkə haqqında bloq hazırlayıram.
- Siz nə zaman qərara gəldiniz ki, burada yaşamaq istəyirsiniz və yaxınlarınızın buna reaksiyası necə oldu?
- Bura gəlmək əslində mənim yox, anamın qərarı idi. Ona görə də, öz reaksiyamı deyə bilərəm. Bu qərarı qəbul etmək istəmirdim, çünki ölkəniz haqqında heç bir məlumatım yox idi, hətta adını belə düzgün tələffüz edə bilmirdim.
- Bəs indi necə, buradakı həyatınıza alışa bildinizmi? Bir əcnəbi olaraq çətinlik çəkdiyiniz anlar oldumu?
- Əminliklə deyə bilərəm ki, artıq buradakı həyata alışmışam, hətta bura artıq mənim evim olub, deyə bilərəm.Ancaq təbii ki, ilk zamanlar bəzən çətinlik çəkdiyim anlar oldu, çünki Latviyanın və Azərbaycanın mədəniyyəti kəskin fərqlənir.
- Azərbaycanlılar haqqında nə deyərdiniz?
- Azərbaycanlılar haqqında fikrim çox müsbətdir, onlar həqiqətən çox qonaqpərvərdirlər. Hətta səni tanımasalar belə, mütləq səni qonaq emək istəyirlər. Düşünürəm ki, bu həqiqətən də Azərbaycanı fərqləndirən müsbət cəhətlərdəndir.
- Sizin bloqunuz səyahətlə bağlıdır, bunu öz hobbiniz olaraq görürsünüzmü?
- Deyə bilərəm ki, ilk başda bunu hobbi olaraq edirdim, ancaq sonra bu həm də mənim işimə çevrildi.
- Nə zaman qərar verdiniz ki, siz ölkəmizi kəşf etmək, hətta bir çox yerli insanın belə tanımadığı yerlərə səyahət etmək istəyirsiniz?
- İlk zamanlar mən tur şirkətləri ilə populyar turistik bölgələrə səyahət edirdim. Bir müddət sonra burada həyat yoldaşımla tanış oldum. O mənə Azərbaycanın hələ görmədiyim yerlərini göstərmək istədi. Sonra onunla birlikdə ölkənin bir çoxlarının məlumatsız olduğu gözəl guşələrini kəşf etdik, bu, mənim ölkəyə olan görüşümü tamamilə dəyişdi.
- Sizi bloq açmağa və təcrübənizi insanlarla bölüşməyə nə vadar etdi?
- Burada bir müddət insanları müşahidə etdikdə gördüm ki, onlar hər zaman eyni bölgələrə, turistik populyar məkanlara üz tuturlar. Həmin vaxt biz həyat yoldaşımla insanların az olduğu və ya heç olmadığı gözəl guşələri kəşf edirdik. Bu vaxt tam da “Tik-Tok” platformasının açıldığı ərəfəyə təsadüf edirdi. İlk zamanlar telefonumda videoları olan getdiyim məkanları paylaşmağa başladım. Bir müddət sonra videolar insanların marağına səbəb oldu, artıq onlar məndən getdiyim yerlərin harada yerləşdiyini soruşmağa və həmin yerlər barədə məlumat istəməyə başladılar.
- Ölkəmizdə insanların mütləq getməli olduğunu düşündüyünüz üç yerin adını çəkə bilərsinizmi?
- Mənə görə üç yer demək çox çətindir, çünki burada görməli həqiqətən çox yer var. Ancaq mən insanlara ilk öncə hansı növ istirahəti sevdiklərini tapmağı tövsiyyə edərdim. Görməli yerlər sırasında, birincisi, duzlu göl, donmuş şəlalə və bir çox təbii gözəllikləri söyləyə bilərəm.
İkinci olaraq, burada olan müxtəlif idman növlərini sınamağı məsləhət görərdim. Bunlara paraplanlar, dalğıclıq, deltaplanlar, qayayadırmanma və alpinizm kimi müxtəlif maraqlı idman növləri daxildir. Üçüncü olaraq, neon muzeyi, saat muzeyi və açığ havada kinoteatr kimi maraqlı və vaxtınızı səmərəli keçirəcəyiniz yerlərdir.
- Ölkəmizdə daha çox bəyəndiyiniz bölgələr hansılardır?
- Düzünü desəm, bunu demək həqiqətən çətindir, çünki, buradakı bütün bölgələrin özünəməxsus gözəlliyi var. Ancaq deyə bilərəm ki, gələcəkdə xüsusilə Qax və Lənkaran bölgələrində olmaq, oranı daha çox kəşf etmək istərdim.
- Yeməklərimiz barədə nə düşünürsünüz və ən sevdikləriniz hansılardır?
- Təbii ki, bir çox yeməyə burada valeh oldum. Milli şirniyyatlar, tərəvəz dolması, reyhan kompotu və Zaqatala bölgəsində sacda bişirilən maxara ən sevdiklərimdəndir. Təbii ki, daha çoxunu sadalaya bilərəm.
- Oxucularımıza bir mesajınız varmı?
- Bu müsahibəni oxuyan bütün hərkəsə minnətdarlığımı bildirirəm və ümid edirəm ki, sizin üçün faydalı və maraqlı oldu. Onlardan xahiş edirəm ki, öz ölkələrini və təbiətini qiymətləndirsinlər və onu qorusunlar.
Xəbər lenti
Hamısına baxDünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49

