Prokurorluq Əli Kərimli barəsində istintaq hərəkətlərinə başlayacaqmı?
29.08.2023 [18:13]
MÜBARİZ
İnformasiya təhlükəsizliyi hər bir dövlət üçün müstəsna önəm daşıyır. Ermənistanın havadarlarının təhriki ilə yeni manipulyasiyalara əl atdığı, dayanmadan müharibə hazırlıqları apardığı, Hindistandan və digər ölkələrdən silahlar aldığı indiki həssas dönəmdə informasiya təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizliyinin vacib bir komponenti qismində çıxış edir. Biz hazırda dövlət və cəmiyyət olaraq işimizi, fəaliyyətimizi, necə deyərlər, iki cəbhədə qurmalıyıq – bir tərəfdən Ermənistanın və onun havadarlarının gözlənilən hər cür təxribatına hazır olmalıyıq, ayıq-sayıqlığımızı birə beş qat artırmalıyiq, digər tərəfdən isə planlarımızı, düşmənə cavab tədbirlərimizi maksimum dərəcədə gizli saxlamalıyıq. Hansı dövlət, hansı cəmiyyət düşmənin pusquda dayandığı bir vaxtda öz sirlərini açar və bundan qarşı tərəfi xəbərdar edər? Sadə məntiqlə bütün hallarda suala net olaraq “yox” cavabı gəlir.
Ancaq belə görünür ki, “dövlət sirri”nə münasibətdə məsuliyyət hissi AXCP sədri Əli Kərimlidə yerli-dibli yoxdur. Əli Kərimlinin Qənimət Zahidlə “Azərbaycan saatı”nda açdığı “diskussiyada” ifadə etdiyi fikirlər belə deməyə əsas verir. Yeri gəldi-gəlmədi partiya sədri olması ilə qürrələnən AXCP yetkilisi Azərbaycanda guya keçmiş hərbçilərin təlimlərə cəlb olunmasından danışır. Əvvəla, respublikamızda belə bir çağırış kampaniyası elan olunmayıb. Digər tərəfdən, əgər ölkəmizin, müvafiq qurumların belə bir planları barədə Əli Kərimlidə hansısa məlumatlar varsa, o gərək həmin məlumatları da internet vasitəsilə faş etməyə tələsməsin. Axı söhbət dövlətimizin, ölkəmizin maraqlarından gedir. Budurmu Əli Kərimlinin siyasi təcrübəsi və fəhmi?
Sadəlövh olmayaq. Əli Kərimli xaricdəki anti-Azərbaycan dairələrin ssenarilərində yer alan bir fiqurdur. Belə qənaətə gəlmək olar ki, AXCP sədri indiki halda feyk məlumatlar yaymaqla qrantlar aldığı dairələrin növbəti sifarişlərini yerinə yetirir, düşmənin əlinə oynayır və bununla da respublikamızın informasiya təhlükəsizliyinə xələl gətirir. Əli Kərimlinin ictimai şəkildə belə absurd fikirlər ifadə etməsi məsuliyyət yaradır. Belə olan halda Respublika Prokurorluğu dövlət siyasəti ilə bağlı yalan informasiya yayan Əli Kərimli barəsində istintaq hərəkətlərinə başlayacaqmı?
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45

