İnsan yüksəkliyi fəth etd
16.09.2023 [09:54]
MÜŞFİQƏ
1852-ci ildə ilk hava gəmisi (dirijabl) havaya qalxıb. İlk uçuşu fransız ixtiraçı Henri Giffar reallaşdırıb. Uçuş Parisdən 27 km aralıdakı Trappesdə həyata keçirilib. Beləliklə, insan yüksəkliyi və atmosferi fəth etməyə başladı.
Dirijabllar təkrar yanacaq doldurulmadan o zaman üçün böyük məsafə qət etmək imkanlarına malik idi. Onların vasitəsilə yüzlərlə ton lazımi məhsul daşınırdı. Müharibə zamanında isə bombardmançı qismində çıxış edə bilirdilər. Bəs dirijabl havada necə hərəkət edirdi?
Hava şarı ilə təyyarənin bir sıra xüsusiyyətlərini daşıyan dirijabl insan əli ilə idarə olunan uçan cihazdır. Onun da hava şarı kimi qazla doldurulmuş özəyi var. Mühərrikə malik olması isə dirijablı təyyarəyə daha çox oxşadır. Lakin təyyarədən fərqli olaraq, dirijablın səmaya qalxması və havada qalması üçün mühərrikinin gücü lazım gəlmir. Çünki onun özəyi vakuumla və ya havadan yüngül olan qazlarla - helium, yaxud hidrogenlə doldurulur. Dirijablın əcdadı olan hava şarı bütün göstəricilərə görə ondan geri qalır. Hətta müasir təyyarə və helikopter də bəzi xüsusiyyətlərinə görə ona uduzur.
Dirijablın sürəti çox aşağı olsa da, əlverişsiz hava şəraiti, xüsusən də külək onun uçuşuna əngəl törətsə də, çox qənaətcildir. Onun üçün nəhəng aeroportlar tikməyə, bahalı uçuş zolaqları salmağa ehtiyac qalmır. Üstəlik, o, təyyarəyə nisbətən daha çox yük qaldıra bilir.
1783-cü ildə Parisdə Montgolfier qardaşları tərəfindən hazırlanan, isti hava ilə doldurulan dirijablda həyata keçirdikləri 8 km məsafəli uçuş hamı tərəfindən qəbuledilən ilk dirijabl uçuşu idi. Hava şarı yanan odunun hesabına qızdırılırdı və idarə edilmirdi, yəni küləyin istiqaməti ilə hərəkət edirdi. 1800-cü illərdə də idarəedilən hava şarının, yəni dirijablın yaradılması üzərində işlər davam etdirildi.
Nəhayət, 1852-ci ildə fransalı Giffar ilk idarəolunan buxar mühərrikli dirijablda havaya qalxaraq 27 km uçdu. Giffarın hava şarı Balonlu zondların buraxılması XVIII əsrin sonlarında Avropada məşhur bir əyləncəyə çevrildi.
Bundan başqa, idarəolunmayan hava şarları ABŞ-da Vətəndaş müharibəsi zamanı geniş istifadə edildi. Sonrakı texnoloji sıçrayış 1884-cü ildə Şarl Laurent Renard və Artur Krebs tərəfindən Fransaya məxsus elektrik mühərrikli dirijablda ilk olaraq tam idarəolunan uçuşun keçirilməsi ilə baş verdi. Dirijabl 23 dəqiqə ərzində 8 km məsafədə idarəolunan uçuş həyata keçirməyə imkan verdi. Buna baxmayaraq, bu cihazlar qısamüddətli və olduqca kövrək idilər. Dirijabllar Birinci və İkinci Dünya müharibələrində istifadə edildi. Uzun illər ərzində sərt dirijabllar təyyarələrdən daha böyük yüklər daşıdı. Lakin onların inkişafı havadan ağır vasitələrin icad edilməsindən sonra dayandı. Görəsən, niyə görə belə sərfəli uçan aparat hazırda tamamilə unudulub? Bu da səbəbsiz deyil.
Dirijabl dövrü dünyanın ən böyük və gözəl uçan aparatı olan “Hindenburq”un dəhşətli qəzasından sonra sona yetib. “Hindenburq” Manhetten (Nyu-Yorkun bir hissəsi) üzərindən keçdikdən sonra qəflətən alovlanıb. Qorxunc yanğında 36 nəfər həlak olub, “Hindenburq” isə yanaraq külə dönüb. Qəzanın qorxunc şəkillərinin bir çox qəzetlərdə yayılması dirijabla münasibətin dəyişilməsi ilə nəticələnib.
Xəbər lenti
Hamısına baxİdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35

