Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / "Energetika haqqında" Qanun təsdiqlənib

"Energetika haqqında" Qanun təsdiqlənib

05.12.2023 [14:06]

Prezident İlham Əliyev "Energetika haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Bu Qanun energetika sahəsində fəaliyyətin ümumi hüquqi, iqtisadi və idarəetmə əsaslarını, habelə enerji təhlükəsizliyinin təmin edilməsinin, sağlam rəqabət mühitinin formalaşdırılmasının, davamlı iqtisadi inkişafın dəstəklənməsinin, istehlakçıların etibarlı, keyfiyyətli, əlçatan və təhlükəsiz enerji ilə təmin edilməsinin mexanizmlərini müəyyən edir.

Dövlət başçısı, həmçinin “Energetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1006-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkə qanunlarının və Azərbaycan Prezidentinin aktlarının “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.

Həmçinin, həmin Qanunun 17.2-ci maddəsinə uyğun olaraq, enerji balansının hazırlanması, təsdiq edilməsi və icrasına nəzarət qaydasını beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Nazirlər Kabineti bu Qanundan irəli gələn digər məsələləri də həll edəcək.

Paylaş:
Baxılıb: 586 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30