Virtual reallığın daha bir nümunəsi...
25.01.2024 [11:00]
Yeni proqram cinayətkarların zəkasına nüfuz edir
Günel ABBAS
Texnologiyanın sürətli inkişafı müəyyən dərəcədə həyatımıza təsir edir. Ortaya çıxan hər bir inkişaf insanların həyatında yeni vərdiş və dəyişikliyə səbəb olur. Xüsusilə kommunikasiya və kompüter texnologiyaları sahəsindəki inkişafın həyatımıza birbaşa təsir etdiyi bir həqiqətdir. Bu mənada son illərin ən populyar texnologiyalardan biri virtual reallıqdır. Virtual reallıq anlayışı süni intellekt və texnoloji inkişaflar sahəsində araşdırmaların artması ilə ortaya çıxdı. Zaman keçdikcə bu texnologiya insanlar tərəfindən müxtəlif məqsədlər üçün istifadə edilməyə başladı. Bir çox hallarda insanın öz araşdırmaları yaxud, cəhdləri hesabına əldə edə bilmədiyi nailiyyətlərə süni intellekt vasitəsilə çatmağın mümkünlüyü sübut edildi.
Yeri gəlmişkən, Avstraliyanın Edit Kouen Universitetinin psixoloqları cinayətkarların düşüncə tərzini və reaksiyalarını daha yaxşı başa düşmək üçün virtual reallıq (VR) proqramından istifadə ediblər. Tədqiqat “Scientific Reports” (SciRep) elmi jurnalında dərc olunub.
Məhkəmə psixologiyası layihəsi çərçivəsində 101 iştirakçı iki oxşar virtual ssenaridə oğurluq cinayətkarı rolunu oynayıb. Bundan sonra cinayətkar rolunu oynayan şəxslər VR mühitində saxta sorğu-sualdan keçməli olublar.
“Tədqiqatımızda iştirakçıların virtual reallıqda cinayətkar rolunu yaşaya bildiyini aşkar etdik. Rəqəmsal mühit onlara saxta cinayət törətmək üçün motivasiya verdi, həmçinin onları VR sorğusu zamanı müstəntiqləri aldatmağa cəhd etməyə təşviq etdi”, - elmi işin müəllifi, doktor Şeyn Rocers bildirib.
Ekspertin fikrincə, VR texnologiyası hüquq-mühafizə sahəsində bir çox məqsədlə tətbiq edilə bilər. Məsələn, polis məmurları və ya müstəntiqlər bu yolla hadisənin baş verdiyi şəraiti və cinayətkarların real vəziyyətdə necə hərəkət etdiyini daha yaxşı başa düşmək üçün müxtəlif cinayətlərin ssenarilərini yenidən yarada və həyata keçirə bilərlər.
Əvvəlcə virtual reallıq kompüter texnologiyasından istifadə edərək virtual mühitlər yaradan proqramdır. Başqa sözlə desək, VR tamamilə 3D mühit təmin edərək virtual dünyanın yaşanmasına imkan verən texnologiyadır. Bunu bir simulyasiya kimi düşünə bilərsiniz.
Virtual reallıq nədir?
Virtual Reallıq (VR) anlayışı 3D modelləşdirmənin bütün elementlərinə və ya kompüter texnologiyaları ilə yaradılmış 360 dərəcə videolara verilən addır. Virtual reallıq təcrübəsində görmə, eşitmə, toxunma və hətta qoxu kimi bir çox hisslər simulyasiya edilir və insanlara əslində fiziki olaraq mövcud olmadıqları bir mühitdə olmaq hissi verir. Virtual reallıq təcrübələrində xüsusi vasitələrdən istifadə edilir və bu təcrübəni yaşayacaq insanın real dünya ilə əlaqəsi tamamilə kəsilir. Virtual reallıq üçün hazırlanmış xüsusi eynəklər sayəsində insan özünü 3D dünyasında səyahətdə hiss edir. Eyni zamanda bu vizuallığa bəzən səs və qoxu kimi elementlərlə də əlavə edilir. Bəzi virtual reallıq təcrübələrində xüsusi platformalar sayəsində hərəkət və toxunma hissləri də istifadəçiyə verilir.
Virtual reallığın tarixinə nəzər saldıqda görürik ki, bu anlayış hazırkı dövrdən əvvəl də ifadə olunub. Bununla belə, bugünkü mənada virtual reallıq təcrübəsinin tarixi çox da uzaqlara gedib çıxmır. VR texnologiyasının əsasını təşkil edən ilk ixtira 1838-ci ildə ixtira edilmiş stereoskopdur. Ser Charles Wheatstone tərəfindən kəşf edilən bu cihaz əsasən 3D təsvirləri əldə etmək üçün istifadə olunurdu. 1929-cu ildə stereoskop əsasında hazırlanmış pilot təlimi simulyatorları da virtual reallıq texnologiyasının əsasını təşkil edən cihazlar arasında idi. 1962-ci ildə Morton Heilig tərəfindən ixtira edilən və bugünkü virtual reallıq eynəklərinin ən primitiv versiyası sayıla bilən telesfer maskası VR texnologiyası üçün ilkin mərhələ sayıla bilər. Hazırda istifadə edilən virtual reallıq texnologiyalarının ilk nümunələrindən biri 1995-ci ildə Nintendo və Sega ilə əməkdaşlıq əsasında buraxılmış “Virtual Boy” oyun konsolu idi. 3D təsvirlər təqdim edə bilən və ilk portativ oyun konsolu olan bu məhsul o illərdə kifayət qədər baha idi. 2010-cu ildən sürətlə inkişaf edən virtual reallıq texnologiyası bu gün insanlar tərəfindən böyük maraqla qarşılanır və bir çox sahələrdə istifadə olunur.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35

