Antimilli ünsürlərə tezisləri kim və niyə ötürür?
29.03.2024 [09:45]
Azərbaycandakı redikül müxalifət düşərgəsinin təmsilçilərinin ara vermədən ölkəmizin və xalqımızın milli maraqlarına qarşı fəaliyyətlər sərgiləmələri hər kəsə bəllidir. O cümlədən qondarma “milli şura”çılar, xaricdə məskunlaşmış filankəs O qızı, Qənimət Zahid kimi antimilli ünsürlər son vaxtlarda davamlı olaraq Azərbaycana qarşı sanksiya çağırışları səsləndirir, ölkəmizi Avropa ilə “süni gərginlik yaratmaq”da ittiham edirlər. Demək olar ki, hamısı eyni məzmunlu cümlələri təkrarlayır. Belə olan halda, sual yaranır: Antimilli ünsürlərə bu tezisləri kim və hansı mənbələr ötürür?
Suala cavab vermək üçün Amerikanın yenidən kəşf edilməsinə lüzum yoxdur. Hər şey, necə deyərlər, gün kimi aydındır. Hazırda müstəqillik yolunda inamlı addımlar atan, inkişaf edən və uğurlar qazanan Azərbaycana qarşı sərsəm iddialar əsasən iki mənbədən - xaricdəki Azərbaycanafob dairələrdən və ölkə daxilindəki rediküllərdən eşidilir. Xaricdəki Azərbaycanafob dairələrdə “liderlik” mövqeyi Fransaya, daha dəqiq desək, prezident Emmanuel Makronuun formalaşdırdığı iqtidar komandasına məxsusdur. Bugünkü Fransanın anti-Azərbaycan siyasətinin “səbəbləri” bəllidir. Bir tərəfdən Azərbaycan müstəqil siyasət kursu həyata keçirir, milli maraqlarını yüksək səviyyədə təmin edir. Ölkəmiz 2020-ci və 2023-cü illərdə tarixi zəfərlərə imza atmaqla Fransanın havadarlıq etdiyi Ermənistanın işğalçılıq siyasətinə son qoyub, özünün ərazi bütövlüyünün və suverenliyinin bərpasına nail olub. Təbii ki, bu da Fransadakı güclü erməni lobbisinin yedəyində gedən E.Makron iqtidarını rahat buraxmır.
Fransanın Azərbaycana yönəlik davamlı aqressiyasının digər bir “səbəbi” isə respublikamızın bu ölkənin neokolonializm siyasətinin ifşası istiqamətində atdığı qətiyyətli addımlardır. Artıq neokolonializmlə ardıcıl mübarizə məqsədilə Bakı Təşəbbüs Qrupu formalaşıb və onun səmərəli fəaliyyəti öz nəticələrini verir. Bu gün Fransa keçmiş müstəmləkə ölkələrində baş qaldıran etirazların qarşısını almaqda acizdir.
Bax bu iki mühüm amil ümumavropa adından çıxış edən Fransanı Azərbaycana qarşı adekvat olmayan yanaşmalar sərgiləməyə sövq edir ki, bunun da əks təsirləri məhz E.Makron hakimiyyətinin uğursuzluqlarında özünün büruzə verir. Suda batan saman çöpünü də özünə ümid yeri sanar, deyiblər. Ölkəmizə təsir imkanları sıfıra bərabər olan Fransa kimi Azərbaycanafob dairələr də respublikamızdakı rediküllərin timsalında özlərinə dayaq məntəqələri yaratdıqlarını düşünürlər. Beləliklə, biz sapı özümüzdən olan baltaların - “beşinci kolon” təmsilçilərinin xaricdəki Azərbaycanafob dairələrlə koordinasiyalı fəaliyyətlərinin şahidi oluruq. Fransa kimi ölkələr, AŞPA kimi təsisatlar Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edir, ölkəmizə sanksiyalar tətbiq olunmasını gündəmə gətirməyə çalışırlar. Paralel şəkildə oxşar səslənmələr rediküllərdən eşidilir. Məsələn, son vaxtlarda AXCP sədri Əli Kərimli, Qənimət Zahid, filankəs O, qızı və digərləri ölkəmizi Avropa ilə münasibətləri korlamaqda ittiham etməyə çalışırlar. Rediküllərə bu kimi tezislər bəlli mərkəzlərdən gəlir. Bununla onlar Azərbaycanafob dairələrin Azərbaycana qarşı sanksiya çağırışlarına hansısa “əsaslar” olduğu görüntüsü yaratmaq istəyirlər.
Aydın məsələdir ki, “göy” hərisi olan rediküllər bu qəbildən olan antimilli fəaliyyəti Azərbaycanafob dairələrdəki şəriklərinin ala gözlərinə, qara qaşlarına aşiq olub da həyata keçirmirlər - bunun müqabilində böyük həcmlərdə maliyyə tranşları, qrantlar alırlar. Necə deyərlər, əl əli yuyur, əl də qayıdıb üzü.
Ancaq o da həqiqətdir ki, A?ərbaycanafob dairələrin və rediküllərin sinxron fəaliyyəti heç bir nəticə vermir. Azərbaycan özünün prinsipial siyasətini həyata keçirir. Bəzilərinə isə ancaq aya, ulduza hürmək qalır...
MÜBARİZ
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07

